Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 May 2013 - №20

 

 Naxçıvan Özəl Universitetində elmi-praktik konfrans

 

Naxçıvan Özəl Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Konfransı universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirmişdir  ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq  sübut etdi ki, Azərbaycan xalqı daim azadlıq eşqi ilə yaşayır.

Humanitar elmlər kafedrasının dosenti Elçin Zamanov "Azərbaycanın müstəqilliyinin beynəlxalq müstəviyə keçirilməsi", tarix müəllimliyi II kurs ixtisasının tələbələri Rifaq Əhədov "Ə.Topçubaşov: Cənubi Qafqazda böyük demokrat və diplomat", Təkmin Sadiqov "AXC-nin Naxçıvanla bağlı tədbirləri" mövzularında məruzələrlə çıxış etmişlər. Məruzələrdə qeyd olunmuşdur ki, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır.

Cümhuriyyətin ömrü qısa olsa da, xalqımızda azadlıq, müstəqillik ideyalarını daha da gücləndirmişdir. Buna görə müstəqillik hissləri azərbaycanlıları sonrakı dövrlərdə də heç zaman tərk etmədi, azadlıq ideyaları şüurlara hakim kəsildi. Bildirilmişdir ki, 1991-ci ildə Azərbaycan xalqı müstəqilliyini qanlar bahasına bərpa etdi.

1993-cü ilin iyununda xalqın tələbi və istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə yerinə yetirməyə başladı. Əgər həmin ağır günlərdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın müstəqilliyinin itirilməsi qaçılmaz olardı. Ulu öndərin müdrik siyasəti sayəsində qısa müddətdə dövlətçiliyin təməl prinsipləri yaradılaraq möhkəmləndirildi, müstəqil Azərbaycan dünya birliyinin tamhüquqlu üzvünə çevrildi. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi xalqımızı vahid milli ideya-azərbaycançılıq ideyası ətrafında birləşdirdi.

Elmi-praktik konfransda vurğulanmışdır ki, ölkəmizin müstəqilliyinin dönməzliyi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkəmiz nüfuzlu beynəlxalq  təşkilatların üzvüdür. Azərbaycan dünyada söz sahibidir. Heydər Əliyev siyasətini uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizi daim irəliyə aparır. Azərbaycan müstəqillik yollarında inamla irəliləyir. Doğma respublikamız bütün sahələrdə uğurlu nəticələr qazanır. Azərbaycan bölgədə lider dövlətə çevrilmişdir. Bütün bunlar doğma Azərbaycanımızın, müstəqilliyimizin əbədi olmasını göstərir.

Elmi-praktik konfransa    rektor İsmayıl Əliyev yekun vurmuşdur. Sonda AXC-nin yaradılmasının 95 illiyinə həsr olunmuş slayd nümayiş etdirilmişdir. 

Nuray ƏSGƏROVA,
NÖU-nun Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov