Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) beynəlxalq
iqtisadi münasibətlər kafedrasının tələbə elmi dərnəyi
"Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasının müzakirəsinin təşkil edildiyi silsilə
tədbirlər çərçivəsində "dəyirmi masa" keçirmişdir.
ADİU-dan AzərTAc-a bildirmişlər ki, tədbirin mövzusu
"Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası
kontekstində beynəlxalq maliyyə qurumları ilə
əməkdaşlığın əsas prioritetləri kimi
müəyyənləşdirilmişdir.
Tədbirdə doktorant Rəşad Həsənovun "Azərbaycan-2020:
beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın mövcud
durumu və əsas prioritetləri" mövzusunda məruzə ilə
çıxış etmişdir.
Digər çıxış edənlər də belə tədbirlərin vacibliyini bir
daha vurğulamışlar.
Sonra tələbə və magistrantların işt
irakı ilə geniş müzakirələr aparılmış, növbəti tədbirin
mövzusu müəyyənləşdirilmişdir. |