Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 May 2013 - №19

 

Məktəblilərimiz şahmat üzrə dünya çempionatında 4 medal qazanmışlar

 

6-15 may  tarixlərində Yunanıstanda şahmat üzrə məktəblilər arasında dünya çempionatı keçirilmişdir. Çempionatda dünyanın 42 ölkəsindən 550 oğlan və qız şahmatçı iştirak etmişdir. Yarışa İsveçrə sistemi ilə oğlanlar və qızlar arasında ayrılıqda olmaqla 7 yaşadək, 8-10, 12-13, 14-15 və 16-17 yaş qrupları üzrə start verilmişdir.

"Təhsil" Respublika İdman Mərkəzinin direktor müavini, komandanın rəhbəri  İbrahim Məmmədovdan aldığımız məlumatda bildirilir ki, hər il olduğu kimi, builki yarış da uğurlu keçmiş və məktəblilərimiz ümumilikdə 4 medal qazanmışlar.

Bakı Avropa Liseyinin 9-cu sinif şagirdi Miradil Zeynallı 9 mümkün xaldan 7,5 xal toplayaraq 14-15 yaş qrupunda qızıl, 245 nömrəli tam orta  məktəbin 3-cü sinif şagirdi Abdulla Qədimbəyli və Quba rayon 3 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Bikəxanım Zamanova müvafiq olaraq 9 mümkün xaldan 7,5 və 6 xal toplayaraq 10-11 və 15-17 yaş qruplarında gümüş, Xırdalan şəhər 1 nömrəli  tam orta məktəbin 1-ci sinif şagirdi Ümüd Aslanov isə 9 mümkün xaldan 7 xal toplayaraq 7 yaşadək olan qrupda bürünc medal qazanmışlar.

Digər şahmatçılarımız Quba rayon təmsilçisi Nihad Şahmuradov, Bakı məktəbliləri Əhməd Əhmədzadə, Məhəmməd Muradlı 9 mümkün xaldan 6,5, Nərmin Məmmədova, İsmayıl Şahəliyev 6, Elxan Bayramov, Aytən Əmrayeva, Aytac Heydərli və Məğrurə İmanlı 5,5, Fatimə Əhmədova və Nərmin Söyünlü 5, Xatın Bağırova isə 4, Sumqayıt məktəblilərindən Mələk İsmayıl, Fərid Aslanov və Rəvan Əliyev hərəyə 6,5, Zaur Bayramov isə 6, Gəncə məktəblisi Jalə Bəylərova 5, Beyləqan məktəblisi Lalə Firudinli isə 3,5 xal toplamışlar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov