Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 May 2013 - №19

 

Firudin bəy Köçərlinin 150 illik yubileyinə həsr olunmuş "dəyirmi masa"

 

Masallı rayonu C.Kazımov adına Qodman kənd tam orta  məktəbində Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist, yazıçı və tərcüməçi Firudin bəy Köçərlinin anadan olması ilə əlaqədar "dəyirmi masa" keçirilmişdir.

Müəllim və şagirdlərimiz F.Köçərlinin keçdiyi ömür yolundan, yaradıcılığından danışdılar. Yuxarı sinif şagirdləri Firudin bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı" əsəri, "Balalara hədiyyə" kitabı haqqında fikir mübadiləsi etdilər. "Balalara hədiyyə" dərsliyində alimin topladığı xalq nümunələrindən parçalar söylənildi. "Azərbaycan ədəbiyyatı" əsərində yer alan Fizulinin, Nizaminin, Vaqifin yaradıcılığı ilə bağlı bəzi fikirləri qeyd edildi.

"Dəyirmi masa"da vurğulanmışdır ki, F.Köçərli eyni zamanda tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşdur. O, A.S.Puşkin, M.Y.Lermontov, A.B.Tolstoy və A.A.Seretelinin bəzi əsərlərini Azərbaycan dilinə, M.F.Axundzadənin "Aldanmış kəvakib" əsərini isə rus dilinə tərcümə etmişdir. Şagirdlər bəzi tərcümə əsərlərindən parçalar söyləmişlər.  Müəllimlərdən Sərvər Mürşüdov F.Köçərlinin publisistika sahəsindəki fəaliyyətindən, onun "Ana dili", "Müəllimlərimiz və onların halı" məqalələrindən danışdı. Publisistik məqalələrinin mövzularının bu gün də gündəmdə olduğu vurğulandı.

Çıxışlarda vurğulanmışdır ki, görkəmli ədəbiyyatşünas alim, publisist, tənqidçi və pedaqoq Firudin bəy Köçərlinin elmi fəaliyyəti Azərbaycan tarixinin səhifələrində ən önəmli yerlərdən birini tutur. 

Pərvanə HƏŞİMOVA,
Masallı rayonu, Qodman kənd tam orta məktəbinin dil-ədəbiyyat müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov