Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 May 2013 - №19

 

Birincilərin "Əlifba bayramı"

 

 Bakıdakı 292 nömrəli tam orta məktəbdə  I "a" sinfinin müəllimi  Cəmilə Abdullayevanın təşkilatçılığı ilə "Əlifba bayramı" mövzusunda tədbir keçirilmişdir. Məktəbin direktoru  Təranə Qasımova   tədbirin əhəmiyyətindən danışaraq bildirmişdir ki, ömrümüzün ən maraqlı, xatirəyə çevrilən anları məhz uşaqlıq illəridir. Biz birincilərin balaca, lakin öz xəyallarında uydurduqları zəngin dünyalarına səyahət etməyi bacarmalıyıq. Bunun üçün, ilk növbədə, onlarla təmasda olmaq gərəkdir.  

Sonra söz birincilərə verilmişdir. Şagirdlər  müəllimlərinin çəkdiyi zəhməti yüksək qiymətləndirmişlər. Bildirmişlər ki, müəllimimizin zəhməti sayəsində əlifba  bizə çox şey öyrətdi. Bizə yazmağı, oxumağı, düşünməyi, vətənimizə, bayrağımıza, gerbimizə, himnimizə məhəbbəti aşıladı. Bütün bunlara görə  sevimli müəllimlərimizə  minnətdarıq.

Sonra şagirdlər əlifba sırası ilə bir-bir  vətənə, müstəqil Azərbaycana,  məktəbə, müəllimə aid şeir söyləmiş, rəqs  etmiş  və  ədəbi-bədii kompozisiya göstərmişlər.

Tədbirdə iştirak edən valideynlər, təlim-tərbiyə işləri üzrə direktor müavini Afaq Həmidova, tərbiyə işləri üzrə müavin Məlahət Kərimova da çıxış edərək demişlər ki, müəllim peşəsi bütün zamanlarda ən çətin peşələrdən sayılmışdır. Lakin onların arasında   sinif müəlliminin işi isə  daha ciddi məsuliyyət tələb edir. Çünki  birincilərə  ilk hərfi, əlifbanı öyrədən  birinci sinif müəllimidir.

Sonda birincilər müəllimləri ilə xatirə şəkli də çəkdirmişlər. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov