Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 May 2013 - №19

 

Kurikulumun öyrənilməsi, tətbiqi və məktəbdə psixoloji xidmətin aktual problemləri müzakirə olunmuşdur

 

Mayın 20-də Naxçıvan MR Təhsil Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutu Kəngərli Rayon Təhsil Şöbəsi ilə birlikdə rayonun Qarabağlar kənd tam orta məktəbində "Kurikulumun öyrənilməsi, tətbiqi və məktəbdə psixoloji xidmətin aktual problemləri" mövzusunda elmi-praktik konfrans keçirmişlər.

Konfransı giriş sözü ilə açan Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Canik Abdullayev çıxış edərək bildirmişdir ki, ötən beş il rayonumuzun ümumtəhsil məktəblərində kurikulumun həyata keçirilməsi ilə bağlı bir çox mühüm hadisələrlə zəngin olmuşdur. Kurikulumlarla dərslərin tədrisindəki irəliləyişlər həm müəllimlərin, məktəb rəhbərlərinin və Təhsil Nazirliyi işçilərinin, həm də şöbənin birgə əməyinin nəticəsidir. Təhsil islahatlarının tələblərinə cavab verən yeni baxışlı müəllimlərin hazırlanmasında Naxçıvan Müəllimlər İnstitutunun əməli köməyi də xüsusi qeyd edilmişdir. Psixoloq müəllimlərin kurslara cəlb edilməsi, onlarla aparılan işlər nəticə etibarı ilə yenidir. Onların kurslarda öyrəndikləri və əldə etdikləri vəsaitlər məktəbdə öz işlərini düz qurmağa kömək etmişdir. Bu cür tədbirlərin keçirilməsi, qarşılıqlı fikir mübadilələri, yerlərdə təşkil olunan görüşlər məktəb işinin düzgün qurulmasına, dövlətimiz tərəfindən təhsillə bağlı qarşıya qoyulan tələblərin həyata keçirilməsinə xidmət edir. 

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli "Məktəbdə psixoloji xidmətin aktual problemləri" mövzusunda çıxış edərək bildirmişdir ki, ümumtəhsil məktəblərinin vəzifəsi və məqsədi təhsil alanların ayrı-ayrı fənlər üzrə bilik və bacarıqlarının formalaşmasına, nitq mədəniyyətinin ünsiyyət bacarığına, çevrilməsi ilə yanaşı, onların idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını təmin etməkdən və onları psixoloji baxımdan gələcəyin əsl vətəndaşı kimi hazırlamaqdan ibarətdir. Qeyd edilmişdir ki, bu gün yetişməkdə olan nəslin inkişafını, tərbiyəsini düzgün təşkil etmək, sürətlə artan elmi-texniki yeniliklərin əsaslarını onlara mənimsətmək üçün uşaqların dərketmə imkanlarını, idrak proseslərinin inkişaf qanunauyğunluqlarını və bu prosesin necə aşılanması və tərbiyə edilməsini bilmək vacib və zəruridir.

Diqqətə çatdırılmışdır ki, psixoloq-müəllim ölkədə, dünyada gedən proseslərlə uşaqlar arasında əlaqələrin düzgün başa düşülməsinə, dərk edilməsinə istiqamətverici şəxsdir. Buna görə də yeni təhsil islahatının həyata keçirilməsində psixoloq-müəllimlərin də üzərinə böyük və məsuliyyətli vəzifə düşür. Əsl vətəndaş tərbiyə etmək, cəmiyyətimizin gələcək qurucularını düzgün formalaşdırmaq üçün Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları məktəblərimizə, müəllimlərimizə, eləcə də psixoloq-müəllimlərimizə hərtərəfli kömək göstərməyə daim hazırdır.

Məruzə ətrafında çıxış edən Naxçıvan MR Təhsil Nazirliyinin şöbə müdiri Firudin Zamanov  kurikulum   və məktəbdə psixoloji xidmət işinin təşkili və tətbiqi ilə bağlı görülən işlərdən, qarşıda duran problemlərdən danışmışdır.

Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Həsənəli Eyvazlı, institutun metodisti Məsim Tarverdiyev, Kəngərli rayonunun Qarabağlar kənd 1 nömrəli tam orta məktəbinin psixoloq-müəllimi Məhluqə Abbasova çıxış edərək təhsildəki problemlərdən və onun həlli yollarından danışmışlar. Sonra qarşılıqlı açıq fikir mübadiləsi keçirilmiş və konfrans iştirakçılarına kurikulumun öyrənilməsi və tətbiqinə, o cümlədən məktəbdə psixoloji xidmətin təşkilinə dair yazılı materiallar və elektron SD-lər verilmişdir. 

Naxçıvan Müəllimlər  İnstitutunun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov