Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 May 2013 - №19

 

Təhsil Nazirliyində mətbuat konfransı

 

 Mayın 22-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının milli təhsil naziri Nabi Avçının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Sonra hər iki nazirin birgə mətbuat konfransı keçirilmişdir.

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov ölkəmizlə qardaş Türkiyə arasında təhsil sahəsində təşəkkül tapmış əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi haqqında fikirlərini bildirmişdir. Nazir Türkiyənin milli təhsil naziri Nabi Avçının rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əhəmiyyətini qeyd etmişdir. Türkiyənin milli təhsil naziri Nabi Avçının rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilmiş görüşdən söz açan təhsil naziri Mikayıl Cabbarov müzakirələr zamanı qarşılıqlı təcrübə mübadiləsinə davam edilməsinin və konkret layihələrin həyata keçirilməsinin səmərəli olacağına inam ifadə edildiyini bildirmiş, əməkdaşlığın daha da genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsinin aparıldığı, görüşlə bağlı birgə bəyanat qəbul olunduğu barədə məlumat vermişdir.

Nazir görüş zamanı habelə təhsil sahəsindəki əlaqələrin institusional strukturunu daha da gücləndirmək məqsədi ilə "Təhsil sahəsində əməkdaşlıq haqqında Saziş" üzrə danışıqlar prosesinin sürətləndirilməsi istiqamətində razılığa gəldiklərini diqqətə çatdırmışdır.

Təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsindəki əlaqələrin daha da inkişafına verdiyi dəyərə görə Nabi Avçıya təşəkkürünü bildirərək qeyd etmişdir ki, xalqlarımızın doğmalığı ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişafına zəmin yaradır.

Türkiyənin milli təhsil naziri Nabi Avçı səmimi qəbula görə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarova minnətdarlığını bildirmiş və Azərbaycanda olmaqdan məmnunluğunu ifadə etmişdir. Qonaq Azərbaycan-Türkiyə təhsil əlaqələrinin inkişaf perspektivləri ilə bağlı fikirlərini söyləmiş, ölkələrimiz arasında təhsil sahəsində təcrübə mübadiləsi istiqamətində bir sıra əhəmiyyətli addımlar atılmasının vacibliyini nəzərə çatdırmışdır.

Daha sonra təhsil nazirləri media nümayəndələrini maraqlandıran sualları cavablandırmışlar. 

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov