Şirvan şəhərində, Salyan, Neftçala, Biləsuvar, Saatlı, Sabirabad,
İmişli, Hacıqabul və Kürdəmir rayonlarında yaşayan vətəndaşların
nəzərinə! |
|
25 may 2013-cü il tarixində saat 10:00-da təhsil naziri
Mikayıl Cabbarov Şirvan şəhər Mərkəzi Mədəniyyət Evində
mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü
ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu
cədvəlinə uyğun olaraq Şirvan şəhərində və Salyan,
Neftçala, Biləsuvar, Saatlı, Sabirabad, İmişli,
Hacıqabul, Kürdəmir rayonlarında yaşayan vətəndaşları
qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil
Nazirliyinin "Qaynar xətt" xidmətinin 146 nömrəli
telefonuna və ya
qaynar-xett@edu.gov.az elektron poçt ünvanına
müraciət edərək qeydiyyatdan keçə bilərlər. |