Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 May 2013 - №19

 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan dili kursları fəaliyyətə başlamışdır

 

Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı", habelə xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzlərinin Əsasnaməsinin icrasını təmin etmək məqsədilə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Azərbaycan dili kursları fəaliyyətə başlamışdır.

AMM-nin direktoru Samir Abbasov bildirmişdir ki, Azərbaycan dili kurslarının yaradılması xahişi ilə Daşkənddəki çoxsaylı azərbaycanlılar da Mədəniyyət Mərkəzinə müraciət etmişlər və buna görə də biz uşaqlardan ibarət ilk dil qrupu açdıq.

Kursları Azərbaycanda işləmiş müəllim, 40 il bu sahədə iş təcrübəsi olan Salama Fətəliyeva aparır. O bildirmişdir ki, kiçikyaşlı uşaqlarla yanaşı, yaşından və mövqeyindən asılı olmayaraq istənilən şəxs kurslarda iştirak edə bilər. Biz böyüklərdən ibarət qruplar da təşkil etmək fikrindəyik. Kurslar ödənişsizdir.

Samir Abbasovun sözlərinə görə, kurslar AMM tərəfindən bütün əyani vəsaitlərlə və nəşrlərlə təmin edilir, mərkəzin kitabxanası Azərbaycan dilinin tədrisi ilə bağlı yeni nəşrlərlə zənginləşdirilmişdir. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov