Bakı şəhəri 15 nömrəli İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM)
yetirmələrinin nailiyyətləri artmaqda davam edir. Bu
barədə idman məktəbinin direktoru Cəmil Fətullayevdən
aldığımız məlumatda bildirilir. Qeyd edilmişdir ki,
basketbol üzrə 1998, 2000, 2001-ci il təvəllüdlü
idmançılar arasında Bakı şəhər birinciliyi
keçirilmişdir. Birincilikdə ümumilikdə 9 komanda iştirak
etmişdir. 2000-2001-ci il təvəllüdlü idmançılar arasında
15 nömrəli idman məktəbinin komandası 1998-ci il
təvəllüdlü idmançılar arasında isə II yeri qazanıb.
Voleybol üzrə 2000-2001-ci il təvəllüdlü oğlan və qızlar
arasında keçirilən şəhər birinciliyində isə 14 komanda
mübarizə aparmışdır. Qızlar arasında 7 komanda arasında
15 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər İdman Məktəbinin komandaları I və II
yerlərin sahibi olmuşlar. Oğlanlar arasında gedən
mübarizədə "Xətai 1" komandası I, "Xətai 2" komandası
isə III yerə layiq görülmüşlər.
Bundan başqa, idman məktəbinin yetirmələri ulu öndər
Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi
münasibətilə keçirilmiş Bakı şəhər açıq birinciliyində
qüvvələrini sınamışlar. Oğlan və qızlar arasında
keçirilən birincilikdə 50 metr sərbəst üzmədə məktəbin
üzgüçüləri Nizami Cəbrayılov, İranə İsgəndərova I yeri,
Nahid Tarquliyev baterslayt üzgü üsulu ilə III yerə
layiq görülmüşdür. Əhəd Kərimli isə arxası üstə üzmə
üsulunda III yeri tutmuşdur.
Rəşad ZİYADOV |