Siyəzəndə aprelin 25-dən etibarən ümummilli lider Heydər
Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən futbol
üzrə rayon kuboku yarışlarına yekun vurulmuşdur.
Rayon təhsil şöbəsindən aldığımız məlumata görə, rayon
gənclər və idman idarəsinin və Yeni Azərbaycan
Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə
təşkil olunmuş turnirdə 8 komanda iki yarımqrupda qalib
adı uğrunda mübarizə aparmışdır.
Ümummilli lider Heydər Əliyevin 90 illiyinin qeyd
olunması, idmanın və sağlam həyat tərzinin təbliği,
rayonda futbolun inkişafı, yeniyetmə və gənclərin asudə
vaxtlarının səmərəli təşkili məqsədi daşıyan yarış
azarkeşlər tərəfindən maraqla izlənilmişdir.
Final görüşündə "Dinamo" komandası "Sədan" kollektivinə
3:1 hesabı ilə qalib gələrək kubokun qalibi olmuşdur.
Turnirdə ilk iki yeri tutmuş komandalar kubok, medal və
fəxri fərmanlarla mükafatlandırılmışlar. |