Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

"Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi" layihəsinin təqdimatı olmuşdur

 

 Mirzə Ələkbər Sabir Fondu "Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi" layihəsinin təqdimatını keçirmişdir. Tədbirdə ekspertlər, QHT və KİV-lərin nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə fondun prezidenti, BDU-nun dosenti Sevda Tahirli açaraq bildirmişdir ki, layihə 2013-cü ilin aprelindən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə  dəstəyi ilə həyata keçirilir.

Layihənin əsas məqsədi dil haqqında Konstitusiya Qanununun tələbindən irəli gələrək, geniş ictimai kütlələr arasında dillə bağlı bilik və təsəvvürləri düzgün formalaşdırmağa borclu olan mənbələrdə sistematik yol verilən qüsurların monitorinqi, ortaya çıxan situasiyaların sistemləşdirilməsi və təhlili, alınmış nəticəni ictimaiyyətin diqqətini cəlb etməklə, ölkənin ədəbi dil qurumları və dilin təmizliyinə məsul digər təşkilatların iştirakı ilə geniş müzakirələr təşkil etməkdir.

Həmçinin xidmət sektoru müəssisələri, yerli və beynəlxalq şirkətlərin yerli nümayəndəliklərinə vətəndaşların müraciətini cavablandırarkən yanlış dil seçimlərinin yolverilməzliyi  barədə xəbərdarlıq  ünvanlanması layihənin əsas məqsədlərindəndir.

Bildirilmişdir ki, layihədən bütün Azərbaycan ictimaiyyəti faydalanacaqdır. Layihəni 3 ay müddətinə icra  etmək nəzərdə tutulmuşdur. 

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov