| 
						
								
						
						 Azərbaycan 
						Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, 
						professor Səməd Seyidovun "Yaradıcılığın 
						fenomenologiyası: tarix, paradokslar, şəxsiyyət" 
						(Phenomenology of Creativity: "History", "Paradoxes", 
						"Personality")  kitabı dünyanın məşhur "amazon.com" 
						saytında ən çox maraq göstərilən 100 ən yaxşı əsər 
						siyahısına düşmüşdür. 100 bestseller arasında ön 
						yerlərdən birini tutan kitab dünya üzrə 100 ən yaxşı 
						əsərin içərisində yer almışdır. 
						
						Xatırladaq ki, "Yaradıcılığın fenomenologiyası: tarix, 
						paradokslar, şəxsiyyət" adlı kitab  ABŞ-da və Böyük 
						Britaniyada ingilis dilində nəşr olunmuşdur və məşhur 
						amazon.com saytında yayımlanmışdır. Məşhur və nüfuzlu 
						amazon.com saytında professor Səməd Seyidovun müəllifi 
						olduğu kitabın yayımlanması bir azərbaycanlı alimin 
						uğurudur. Kitab ilk dəfə 2009-cu ildə rus dilində nəşr 
						olunmuşdur. Kitabın rəyçiləri Rusiya Elmlər 
						Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, 
						professor A.B.Dmitriyev və psixologiya elmləri doktoru, 
						professor Q.İ.Yefremovadır. 
						
						Xatırladaq ki, 2011-ci ildə kitab Azərbaycan dilində də 
						nəşr olunmuşdur.  
						
						
						ADU-nun Mətbuat  xidməti |