Bakıdakı
Humanitar fənlər təmayüllü məktəb-liseydə biologiya
müəllimi Afaq Cavadovanın təşkilatçılığı ilə "Biologiya
gecəsi" keçirilmişdir. Aparıcıların çıxışından sonra
tədbir şagirdlərin iştirakı ilə davam etmişdir.
Liseyin IX "a" sinif şagirdləri Fidan və İlahə
meyvələrdə olan vitaminlər və onun insan həyatında
xeyrindən danışmışlar. Bildirmişlər ki, meyvələr
insanın sağlamlığı üçün vacib olan vitamin və mineral
maddələrlə çox zəngindir.
V "b" sinif şagirdi Vəfa Sədiyeva, VIII "a" sinif
şagirdi Suqraxanım Əliyeva və IX "a" sinif şagirdi
Zeynəbxanım Əliyeva səhnəyə dəvət olunaraq boynubükük
xarıbülbul bitkisi barəsində, onun Krım, Yunanıstan,
Türkiyə, eləcə də Azərbaycanın Şuşa şəhərində bitməsi
haqqında danışmışlar. Eləcə də şagirdlər "Torpağın
səsi" mahnısını oxuyaraq ədəbi-bədii kompozisiya
nümayiş etdirmişlər.
Sonra X "a" sinif şagirdi Zəhra Həsənlinin çıxışı
da maraqla qarşılanmışdır.
Şagirdlərdən Sara Aslanova, İbadulla Əsgərov, Ceyhun
Camalov, Fidan Əliyeva və başqalarının bu tədbirin
maraqlı keçməsində böyük zəhməti olmuşdur.
Sonda liseyin direktoru Nəzakət Əsgərova, müavin
Kifayət Rzayeva, müəllimlərdən Natiqə Uzunalova, Nazilə
İsrafilova və Natiqə Hüseynova çıxış edərək keçirilən
tədbiri yüksək qiymətləndirmişlər.
Tədbir diskussiya şəklində başa çatmışdır.
Şakir CƏFƏROV |