Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

"Sağlam ailə sağlam gələcəyin təməlidir"

 

Bakıdakı  288 nömrəli  tam orta məktəbdə  15 May - "Beynəlxalq Ailə Günü" ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə Qaradağ Rayon İcra  Hakimiyyətinin,    rayon gənclər idman idarəsinin nümayəndələri və qonaqlar iştirak etmişlər. "Sağlam ailə sağlam gələcəyin təməlidir" adlı tədbiri giriş sözü ilə məktəbin direktoru Gülüstan Ağazadə açmış və  milli mənəvi dəyərlərin qorunub saxlanılması, ailə mədəniyyətinin, nəsillər arası münasibətlərin qorunması məsələlərindən danışmışdır. Tarix müəllimi Fərqanə Bağırova   hüquqi maarifləndirmə, nikah müqaviləsinin əhəmiyyəti kimi aktual məsələlərdən söz açmışdır. IX sinif şagirdləri və Vəzifə Əhmədova  və  Nərmin Abbasova şagirdlər üçün məktəbdə milli mənəvi dəyərlərin aşılanmasına daha geniş yer verilməsinin vacibliyini vurğulamışlar.

Sonda Qaradağ Rayon İcra Hakimiyyətinin  nümayəndəsi  Nuranə Əliyeva, rayon gənclər idarəsinin rəisi  Elçin  Abbasov və digər qonaqlar belə tədbirlərin  məktəblərdə keçirilməsinin vacibliyini  xüsusi qeyd etmişlər. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov