Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

Heydər Əliyev irsi tələbə tədqiqatlarında

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin XIII elmi-praktik konfransı keçirilmişdir.

Konfransdan əvvəl tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir. Tələbələrin hazırladıqları 90 əl işi, o cümlədən rəsm əsərləri, yapma, tikiş, müxtəlif ornamentlər, illüstrasiyalar nümayiş etdirilmişdir.

Konfransın  plenar iclasını giriş sözü ilə açan institutun direktoru, professor Raya Nəcəfova ulu öndərin həyat və fəaliyyətinin qısa xronologiyasına nəzər salmış, müstəqil  Azərbaycan dövlətinin yaradılmasında  onun  misilsiz  xidmətlərindən söz açmışdır. Ulu öndərin xatirəsi yad edilmişdir. Sonra tələbələrin məruzələri dinlənilmişdir. Tələbələrdən Günay Muxtarova, Arzu Kərimova, Günay Hacıyeva və Günay Yusifzadənin  ümummilli lider Heydər Əliyevin  çoxşaxəli fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə həsr edilmiş məruzələri maraqla qarşılanmışdır.

Konfrans  öz işini 3 bölmədə davam etdirmişdir. Bölmələrdə 50-yə yaxın məruzə dinlənilmişdir. Konfransda tələbələr arasında keçirilən "Heydər Əliyev və müasir gənclik"  esse  yazı müsabiqəsinə və tələbələrin əl işlərindən ibarət olan sərgiyə yekun vurulmuşdur. Sərgi və müsabiqəyə qatılan 45 tələbədən 6 nəfər ən yüksək bal toplayaraq mükafata və fəxri fərmanlara layiq görülmüşdür.  Öz məruzələri və təqdimatları ilə fərqlənən 4 tələbənin elmi tədqiqat işi AMİ-nin VII Tələbə Elmi Konfransının Təşkilat Komitəsinə məruzə üçün təqdim olunmuşdur.

Tələbə tədqiqatları təkcə bununla kifayətlənmir. Tələbələr Odlar Yurdu Universitetində, Bakı Biznes Universitetində, Sumqayıt Dövlət Universitetində məruzələrlə çıxış etmış, fəxri fərmanlar və diplomlarla təltif  olunmuşlar.  

Şikar HÜSEYNOV,
AMİ Sumqayıt filialı
 Tələbə Elmi Cəmiyyətinin sədri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov