Hər kəs çempion olmur, lakin hər kəsə xarakter məktəbi
lazımdır. Bu barədə Rusiya Federasiyasının prezidenti
Vladimir Putin uşaqların fiziki tərbiyəsi sisteminin və
uşaq-gənclər idmanının inkişafı haqqındakı müşavirədə
demişdir.
O, habelə bildirmişdir ki, Rusiyada uşaqların üçdə-iki
hissəsi 14 yaşında hansısa xroniki xəstəlikdən əziyyət
çəkir, bu şagirdlərin yarısında dayaq-hərəki aparatın
inkişafında, 30 faizinin ürək-damar və tənəffüs
sistemində pozuntular qeydə alınır. Çağırışçıların 40
faizi hərbi xidmətçilərin fiziki hazırlığının minimal
normativlərini yerinə yetirmək iqtidarında deyil.
Prezident belə hesab edir ki, fiziki tərbiyəyə yanaşmaya
yenidən baxmaq zəruridir. Və buna prosesin aparıcı
üzvlərindən - təhsil müəssisələrinin və təhsili
idarəetmə orqanlarının rəhbərlərindən başlamaq lazımdır.
Onlar üçün həvəsləndirmə və məsuliyyət tədbirləri
nəzərdə tutulmalıdır, təhsil müəssisələrinin işinin
qiymətləndirilməsi zamanı isə fiziki hazırlığın
nəticələri hökmən nəzərə alınmalıdır. Bundan əlavə, kadr
çatışmazlığı aradan qaldırılmalı, metodik baza
yeniləndirilməli, maddi-texniki baza təminatı həll
olunmalıdır.
Yalnız 83 faiz məktəbin idman zalı vardır ki, bunların
da 42 faizi yenidənqurmaya ehtiyac hiss edir.
Hər bir tədris müəssisəsində müasir idman zalı
olmalıdır, - deyə Putin bildirmişdir. İdmanla istisnasız
olaraq hamı məşğul olmalıdır. Sağlamlıqlarında
məhdudiyyət olan uşaqlar üçün xüsusi korrektəedici
proqramlar işlənib hazırlanmalıdır. Eyni zamanda,
prezident Əməyə və Müdafiəyə Hazıram (ƏMH)
normativlərinin yeni formatda dirçəldilməsini təklif
etmişdir. Dövlətin başçısı hesab edir ki, onları ali
məktəblərə daxil olarkən nəzərə almaq lazımdır. Lakin o,
daha cədbedici bir adla əvəz olunmalıdır.
Səhifəni hazırladılar: Yusif ƏLİYEV, Oruc MUSTAFAYEV |