Bu il martın 29-da Rusiyanın kosmik gəmisi "Soyuz
TMA-08M" bortundakı üç kosmonavtla altı saatlıq uçuşdan
sonra çoxfunksiyalı "Poisk" Beynəlxalq Kosmik Stansiya
(BKS) ilə birləşmişdir.Yüklə bərabər orbitə "Ən yaxşı
məktub dərsi" müsabiqəsinin uşaq işləri əsasında
buraxılmış bir neçə kitab da çatdırılmışdır.
Bu mövzuda ümumrusiya müsabiqəsi artıq 11 ildir ki,
keçirilir. Onun təşkilatçıları qismində "Poçta Rossii",
M.V.Lomonosov adına MDU, "Uçitelskaya qazeta" və rabitə
işçiləri həmkarlar ittifaqı çıxış edir.
Son illərin finallarının nəticələrinə əsasən "Başlıca
məsələlər haqqında uşaq məktubları. Nədən başlanır
Vətən" adlı kitab nəşr olunmuşdur. Toplu Rusiya
prezidenti Vladimir Putinin "ön söz"ü ilə açılır. "Ön
söz"də bu maraqlı və gözəl layihə yüksək
dəyərləndirilir: "Belə vətəndaş, ictimai təşəbbüslər
uşaqlara özlərinə inanmaqda, öz gücü və imkanlarını
qiymətləndirməkdə kömək edir, onlara yaradıcılıq
enerjisi aşılayır və əlbəttə ki, bizim ölkəmizin gənc
vətəndaşlarının vətənpərvərlik, ideya-mənəvi
tərbiyəsində böyük rol oynayır".
Kosmonavtlar BKS-nın bortunda istirahət dəqiqələrində
"Nədən başlanır Vətən" kitabına öz ürək sözlərini
yazırlar. May ayında, uşaqları müdafiə günü ərəfəsində
kitablar Yerə çatdırılacaq.
Səhifəni hazırladılar: Yusif ƏLİYEV, Oruc MUSTAFAYEV |