"Skolkovo" Fondu (RF) özünün kvant mərkəzinə 1,33
milyard rubl ayırmışdır. Fond mərkəzdən bu sahədə elmi
tərəqqi gözləyir. Əgər bu tərəqqi baş verərsə, onda
kompüterlər sürətli, rabitə etibarlı, cihazlar dəqiq
olacaq. Rusiya Kvant Mərkəzinin prezidenti Sergey
Kuzmin etiraf etmişdir ki, gələcəkdə kvant mərkəzində
çalışan alimlərdən kimsə elmi kəşf etməli və bundan
sonra Nobel mükafatı verilməlidir. Mərkəzin hər bir 4
qrupun əməkdaşları hazırda kvant fizikasının
xüsusiləşmiş sahələrində öz işlərini davam etdirir.
"Kvant simulyatorları və inteqrasiya olunmuş fotonika"
qrupunun qarşısında duran başlıca məqsəd kvant
kompüterinin əsasında duran kvant yaddaşının
yaradılmasıdır. Elmi irəliləyiş əldə olunacağı təqdirdə
"Skolkovo" fundamental layihədən kommersiya mənfəəti
əldə olunmasına kömək edəcəyini vəd edir. Hələlik layihə
4 ilə nəzərdə tutulmuşdur.
Səhifəni hazırladılar: Yusif ƏLİYEV, Oruc MUSTAFAYEV |