Peşəkar haker, Uaytxed Biotibbi Araşdırmalar Mərkəzinin
əməkdaşı Yaniv Erliç genomun verilənlər bazasında
informasiya anonimliyinin fiksiya olduğunu sübuta
yetirmişdir. Əvvəllər informasiya mühafizəsi sahəsində
peşəkar mütəxəssis olan Erliç özünün genom nümunələrinin
oxunması və sonra da elmi tədqiqatlarda istifadə
olunması üçün təqdim etmiş anonim donorların
şəxsiyyətinin identifikasiya olunması mümkünlüyünü
aydınlaşdırmağa qərar vermişdir. Bununla belə, o,
qanunsuz metodlara əl atmayıb, Amerika ştatlarında
yaşayan anonim donorların yaşına dair dərc olunmuş,
eləcə də unikal genetik marker üzrə açıq istifadədə olan
məlumatlara əsaslanmışdır. Bundan sonra o, insanların
soyadını və ünvanını müəyyən etmişdir.
Təbiidir ki, öz işində anonim donorların adlarını gizli
saxlamışdır, lakin sübut etmişdir ki, şəxsi genetik
məlumatlar daha etibarlı mühafizə altında olmalıdır.
Çünki yaxın bir neçə il ərzində bu informasiyadan
sığortaçılar və işəgötürənlərdən tutmuş siyasətçilərə
qədər müxtəlif maraqlı təşkilatlar istifadə etməyə
başlayacaq.
Səhifəni hazırladılar: Yusif ƏLİYEV, Oruc MUSTAFAYEV |