Alimlər belə nəticəyə gəlmişlər ki, bir insan
hüceyrəsində 10-a yaxın bakteriya hüceyrəsi var.
Bütövlükdə sağlam insan mikrobiomunda 10 mindən artıq
müxtəlif mikroorqanizm növü yaşayır. Bu
mikroorqanizmlərin çoxu tamamilə zərərsizdir. 90
kiloqram çəkisi olan insan özündə 2,7 kiloqram bakteriya
gəzdirir.
Əgər insanın 20 mindən 25 minə qədər geni varsa, bizim
bədənimizdə yaşayan mikrobların 8 milyona yaxın geni
var! Mikrobioloqlar genlərin bu nəhəng miqdarını yeni
fövqəlsürətli sekvenatorların (DNT və RNT-lərin
nukleotid ardıcıllığını müəyyən edən qurğu) köməyi ilə
müəyyən edə bilmişlər.
Səhifəni hazırladılar: Yusif ƏLİYEV, Oruc MUSTAFAYEV |