Bakıdakı 170 nömrəli tam orta məktəbdə ulu öndər Heydər
Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir
keçirilmişdir. Tədbirdə Sabunçu Rayon İcra
Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin,
YAP-ın Sabunçu rayon təşkilatının nümayəndələri və digər
qonaqlar iştirak etmişlər. Əvvəlcə tədbir iştirakçıları
müstəqil Azərbaycanın banisi, ulu öndər Heydər Əliyevin
büstünün qarşısına gül dəstələri düzmüşlər.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Nuranə
Mirzəyeva açaraq ümummilli lider Heydər Əliyevin Vətən,
xalq qarşısındakı misilsiz xidmətlərindən, xilaskarlıq
missiyasından danışmışdır. Sonra Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin əməkdaşları Fərman Abdullayev və Vahid
Qurbanov çıxış edərək qeyd etmişlər ki, Azərbaycan
ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra ölkədə
yaranmış özbaşınalıq məhz Heydər Əliyevin müdrik
uzaqgörən siyasəti və qətiyyəti sayəsində aradan
qalxmışdır. Tədbirdə AYB-nin üzvü, "Azərbaycan"
jurnalının şöbə müdiri, şair Əsəd Cahangir,
respublikanın əməkdar artisti Ağalar Bayramov və
başqaları çıxış edərək yubiley tədbirini yüksək
qiymətləndirmişlər. Şagirdlər ulu öndərə aid şeir
söyləyib, mahnı oxumuşlar.Tədbirdə Heydər Əliyevin həyat
və fəaliyyətini əks etdirən videoçarx nümayiş
etdirilmişdir.
Alı MƏMMƏDOV,
Bakı Şəhəri üzrə Təhsil İdarəsi
metodmərkəzinin Sabunçu-Xəzər
metodik
bölməsinin müdiri |