Bakıdakı 308 nömrəli tam orta məktəbdə II "a" sinfində
şagirdlər arasında ümummilli lider Heydər Əliyevin 90
illik yubileyinə həsr olunmuş "Bilik yarışı"
keçirilmişdir. Məktəbin direktoru Təranə Məmmədova
ulu öndərin yubileyi ilə əlaqədar keçirilən silsilə
tədbirlər və bilik yarışması barədə məlumat vermişdir.
Şagirdlər "Günəş" və "Ulduz" komandalarına ayrılaraq
özlərini təqdim etmişlər. Sinfin müəllimi Fəridə
Abbasova Azərbaycan dili, riyaziyyat, həyat bilgisi
fənlərindən tərtib olunmuş sualları şagirdlərə təqdim
etmişdir. Nəticədə hər iki komandanın şagirdləri
suallara doğru-dürüst cavab verərək yüksək bilik
nümayiş etdirmişlər. Sonra şagirdlər ulu öndərə,
Azərbaycanın müstəqilliyinə və vətənə aid rus və ingilis
dillərində şeirlər söyləyib, mahnı oxumuşlar. Eyni
zamanda ədəbi - bədii kompozisiya da göstərilmişdir.
Tədbirdə iştirak edən valideynlər məktəbdə
təlim-tərbiyə sahəsində görülən işlərdən razılıq edərək
ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı
Prezident İlham Əliyevin Azərbaycan təhsilinə
göstərdikləri diqqət və qayğıdan söz açmışlar.
Şakir CƏFƏROV |