Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

Şagirdlərin yaradıcılıq axtarışlarının nəticəsi olan kompozisiya

 

Bakıdakı 201 nömrəli tam orta məktəbdə maraqlı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş kompozisiyanın özəlliyi onda idi ki, onu şagirdlər özləri ulu öndərin həyat və fəaliyyəti ilə bağlı apardıqları araşdırmaların nəticəsi olaraq hazırlamışdılar. Tədbirin ssenarisini isə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Afət Xəlilova yazmışdır.

Məktəbin böyük akt zalında keçirilən və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqovun, eləcə də rayonun digər rəhbər işçilərinin,  məktəb direktorlarının iştirak etdikləri tədbiri tədris ocağının direktoru Süsən Salmanova açaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibəti ilə məktəbdə keçirilən silsilə tədbirlərdən danışmışdır. Bugünkü tədbir üçün səmimi ruhda hazırlanmış ədəbi-kompozisiyanın şagirdlərin yaradıcılıq axtarışlarının məhsulu olduğunu vurğulayan direktor, proqramda ulu öndərə həsr olunmuş "açıq dərs"lərin də yer aldığını diqqətə çatdırmışdır. Sonra səhnə şagirdlərin ixtiyarına verilmişdir. Ədəbi-bədii kompozisiya ulu öndər Heydər Əliyevə həsr olunmuş şeir və xorun ifasında "Azərbaycan" mahnısı ilə başlamışdır. Sonra bir qrup şagird doğma diyarımız Azərbaycana, ulu öndər Heydər Əliyevə həsr edilmiş şeirlər söyləmişdir. Heydər Əliyevin dövrünün ən böyük siyasət və dövlət adamlarından biri olduğunu qeyd edən şagirdlər Azərbaycan mütəfəkkiri Nəsirəddin Tusinin dövlət başçısının səciyyəvi xüsusiyyətləri haqqında dediyi müdrik sözləri diqqətə çatdıraraq bütün bu keyfiyyətlərin ümummilli lider Heydər Əliyevdə olduğunu söyləmişlər.

Tədbir şagirdlərin ulu öndərin həyat və fəaliyyəti, xalqımız qarşısındakı titanik xidmətləri barədəki qısa çıxışlarının və musiqi nömrələrinin bir-birini əvəz etməsi ilə davam etmişdir. İstedadlı şagirdlər tərəfindən böyük şəxsiyyətin həyatının bəzi məqamları, xüsusən də onun gələcək həyat yoldaşı, görkəmli alim Zərifə xanım Əliyeva ilə məhəbbətinin sınağa çəkildiyi məqamlar, ölkəmizin inkişafı naminə həyata keçirmək istədiyi nəhəng quruculuq planları barədə düşuncələrinə həsr olunmuş səhnəciklərin nümayişi isə tədbirin ən təsirli və emosional nömrələri kimi yadda qalmış, iştirakçılara kövrək anlar yaşatmışdır.

Ədəbi-bədii kompozisiya başa çatdıqdan sonra Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Rasim Musabəyov çıxış edərək şagirdlərin öz müəllimlərinin rəhbərliyi altında olduqca məzmunlu, təsirli kompozisiya hazırladıqlarını və onu məharətlə təqdim etdiklərini bildirmiş, buna görə onlara təşəkkür etmişlər. Çıxışlarda məktəbin yüksək səviyyəli tədbirlər keçirmək təcrübəsi təqdir olunmuş, rayonun təhsil sahəsindəki uğurlarına toxunulmuş, ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyət yolundan söz açılmışdır. Bu böyük şəxsiyyət və dövlət xadiminin həyat və fəaliyyətinin böyüməkdə olan nəsillər üçün örnək olduğunu vurğulayan çıxışçılar bu nümunədən məktəblərdə aparılan tərbiyə işində geniş istifadə olunmasının zəruriliyini vurğulamışlar.

Sonra məktəbin 7 sinfində aparılan və ümummilli lider Heydər Əliyevə həsr olunmuş "açıq dərs"lər dinlənilmişdir. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov