Mayın 10-da Laçın rayon 34 nömrəli tam orta məktəbdə ulu
öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş
tədbir keçirilmişdir. Tədbirdə məktəbin müəllim-şagird
kollektivi ilə yanaşı valideynlər və digər şəxslər
iştirak etmişlər. Öncə iştirakçılar məktəbdə yaradılmış
ümummilli lider Heydər Əliyev guşəsinin qarşısına gül
dəstələri qoymuşlar.
Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən
sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru
Fərrux Kərimov iştirakçıları salamlayaraq ulu öndər
Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz
xidmətlərindən danışmışdır.
Tədbirdə çıxış edən Laçın Rayon Təhsil Şöbəsinin müdir
müavini Adil Alıyev bildirmişdir ki, Azərbaycan
tarixində əbədi və uca yer tutan ulu öndərimizin
bənzərsiz tarixi şəxsiyyət kimi dövlətçiliyimizin
təşəkkülündə və inkişafında müstəsna rolu olmuşdur. Qeyd
olunmuşdur ki, 1993-cü ildə müstəqil Azərbaycan
Respublikasının Prezidenti seçilən Heydər Əliyev daxili
və xarici siyasətdə çox güclü, səriştəli və təcrübəli
müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində bütün
sahələrdə əsaslı dönüş yaratmışdır. Ümummilli lider
Heydər Əliyev müstəqil Azərbaycanda elmin, təhsilin
inkişafına xüsusi diqqət ayırmışdır.
Tədbirdə məktəbin tarix müəllimi Səadət Hüseynova ulu
öndər Heydər Əliyevin şərəfli həyat yolu və misilsiz
fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etmişdir.
Sonra ümummilli liderin həyat və fəaliyyətini əks
etdirən videoçarx nümayiş etdirilmişdir. Şagirdlərin
ifasında şeirlər söylənmiş, mahnılar səsləndirilmişdir.
Niyazi RƏHİMOV |