Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

Britaniya Şurasının Azərbaycan üzrə direktoru xanım Yelizavet Vaytla görüş

 

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov mayın 13-də Britaniya Şurasının (British Council) Azərbaycan üzrə yeni təyin olunmuş direktoru xanım Yelizavet Vayt ilə görüşmüşdür. A.Zamanov hörmətli qonağı salamlayaraq yeni təyinatı münasibəti ilə onu təbrik etmişdir. Britaniya Şurası ilə BPKİYİ-nin 2012-ci ilin yanvar ayından  başlamış və uğurla davam edən əməkdaşlığın nəticələrindən, institutun fəaliyyət istiqamətləri, o cümlədən beynəlxalq əlaqələrindən söz açılmışdır. Britaniya Şurası ilə imzalanmış layihənin Bakıda fəaliyyət göstərən məktəblərin ingilis dili müəllimlərinin professional inkişafı üçün əhəmiyyəti, Böyük Britaniyanın ali məktəblərinə məqsədyönlü səfərlərin nəticələri xüsusi olaraq vurğulanmışdır.

Görüşdə Avropa və Azərbaycanın TEMPUS layihəsi çərçivəsində birgə fəaliyyət göstərən bir neçə ali məktəblərinin, həmçinin Britaniya Şurasının təşkilatçılığı ilə cari ilin sentyabr ayında Bakıda keçiriləcək "Xarici dillərin tədrisində yeni tendensiyalar: mövcud təcrübə və inkişaf strategiyaları" beynəlxalq elmi-praktik konfransla əlaqədar təşkilati məsələlər, gələcək əməkdaşlıq müzakirə edilmişdir. İnstitutla tanışlıq Heydər Əliyev muzey-lektoriyasından başlamışdır. Rektor ümummilli liderin həyatı və fəaliyyəti barədə qonağa məlumat vermişdir. Heydər Əliyev muzey-lektoriyası ilə tanışlıqdan məmnun qalan qonaq Xatirə kitabına ürək sözlərini yazmışdır. İxtisasartırma kurslarında tədris prosesi ilə yaxından tanışlıq, müdavimlərlə müzakirələr, beynəlxalq əlaqələr şöbəsinin uğurlu fəaliyyəti, qısa zaman kəsiyində artıq ənənəyə çevrilmiş beynəlxalq elmi konfransların təşkili xanım Yelizavet Vaytda böyük təəssürat yaratmışdır. Azərbaycanda fəaliyyətə başladıqdan sonra ilk rəsmi səfərinin bu ali təhsil ocağında reallaşmasından məmnunluğunu bildirən qonaq səmimi qəbula görə professor Asəf Zamanova təşəkkürlərini bildirmiş və əməkdaşlığın daha da genişlənəcəyinə inamını ifadə etmişdir. 

R.ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov