AMİ-nin Cəlilabad filialında ulu öndər Heydər Əliyevin
90 illik yubileyinə həsr olunmuş tədbirlər silsiləsindən
"Heydər Əliyevin təhsil fəlsəfəsi və Azərbaycan
təhsilinin tərəqqisi" mövzusunda "dəyirmi masa"
keçirilmişdir. Tədbirdə institutun professor-müəllim
heyəti, tələbələr və qonaqlar iştirak etmişlər.
Tədbiri giriş sözü ilə filialın direktoru, dosent
Xudayar Sultanlı açaraq ümummilli lider Heydər Əliyevin
siyasi kursu və dövlətçilik ənənələrindən danışmışdır.
Bildirilmişdir ki, Heydər Əliyev bütün ömrünü
Azərbaycanın tərəqqisinə, çiçəklənməsinə həsr etmişdir.
Böyük azərbaycanlı Heydər Əliyev ikinci dəfə
hakimiyyətə qayıtdıqdan sonra gənc dövlətin siyasi və
iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan
xalqının milli-mədəni irsini ehtiva edən ideyanın -
dünyəvi dəyərlərə malik milli və intellektual təhsilin
zəruriliyi məsələsini gündəmə gətirmişdir. Dosent
Xudayar Sultanlı çıxışında Heydər Əliyevin fəaliyyətinin
digər aspektlərinə də toxunmuşdur. O bildirmişdir ki,
ümummilli lider xalqımızı tarixin ən ağır və sərt
sınaqlarından üzüağ çıxarmış, Azərbaycanın bugünkü
reallıqlarının, işıqlı sabahının etibarlı bünövrəsini
yaratmışdır.
Daha sonra çıxış edən müəllim və tələbələr ulu öndərin
siyasi irsindən və onun əsas strateji xətti kimi təhsil
fəlsəfəsindən ətraflı danışmışlar. Bildirmişlər ki,
Azərbaycan təhsilinin hazırkı inkişaf mərhələsi və
dünya təhsil məkanına uğurlu inteqrasiyası məhz
ümummilli liderin uzaqgörən siyasətinin nəticəsidir.
Niyazi RƏHİMOV |