Naxçıvan
Özəl Universitetində ulu öndər Heydər Əliyevin 90 illik
yubileyi münasibətilə "Heydər Əliyev: dövlətçilik
dərsləri - milli mənəvi dəyərlər" mövzusunda "Heydər
Əliyev" lektoriyasının növbəti məşğələsi keçirilmişdir.
Lektoriyanı giriş sözü ilə universitetin rektoru,
professor İsmayıl Əliyev açaraq ulu öndər Heydər
Əliyevin milli mənəvi dəyərlərimizin qorunması və
inkişafındakı misilsiz xidmətlərindən danışmışdır.
Lektoriyada "Heydər Əliyev: dövlətçilik dərsləri - milli
mənəvi dəyərlər" mövzusunda məruzə ilə çıxış edən AMEA
Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun direktor müavini, tarix elmləri doktoru,
AMEA-nın müxbir üzvü Hacı Qadir Qadirzadə bildirmişdir
ki, ulu öndər Heydər Əliyev Azərbaycanın ən böyük
sərvəti hesab olunan milli mənəvi dəyərlər və
mənəviyyatımızın sözün böyük mənasında hamisi idi. "Hər
bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur
hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan
dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini,
adət-ənənələrini yaşatmalıyıq" - deyən Heydər Əliyev
azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür,
mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli
varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət
quruculuğu işinin mühüm atributu kimi dəyərləndirirdi.
Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və
mənəvi dəyərlər sisteminə böyük məhəbbət duyğularıyla
yanaşan ümummilli lider həm də bu dəyərlərin qoruyucusu
idi. Hələ ötən əsrin yetmişinci illərində görkəmli
dövlət xadimi, müdrik şəxsiyyət kimi o, yaxşı bilirdi
ki, aydın və dərk olunmuş milli ideologiya hər bir
xalqın irəliyə doğru inkişafının yolgöstərəni və
bələdçisidir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan xalqının ruhunun
məhsulu olan mədəniyyəti onun sivil dünya ilə
inteqrasiyasına, humanitar yaxınlaşmasına xidmət edir.
Prezident İlham Əliyevin bu sahədə hərtərəfli inkişaf
üçün göstərdiyi diqqət və qayğı, qəbul etdiyi qərarlar
bir daha təsdiqləyir ki, Heydər Əliyevin milli mənəvi
intibah amalı inkişaf edir.
Lektoriyaya universitetin rektoru, professor İsmayıl
Əliyev yekun vurmuşdur.
Nuray ƏSGƏROVA,
NÖU-nun Mətbuat xidmətinin rəhbəri |