Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

Avropa Komissiyasının tərcümə üzrə baş direktoru ADU-da olmuşdur

 

Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Avropa Komissiyasının Tərcümə üzrə baş direktoru Marko Benedetti ilə  görüşmüşdür.

Qonağı salamlayan rektor Səməd Seyidov Avropa Komissiyasının nümayəndələrini ADU-da görməkdən məmnun olduğunu dilə gətirmişdir. O, bu görüşün əməkdaşlığın başlanğıcı olduğunu qeyd etmişdir. Rektor Azərbaycanda gənclərin idarəetmədə böyük rol oynadığını vurğulamışdır. ADU-nun dillərin tədrisində unikal tədris ocağı olduğunu deyən professor Səməd Seyidov burada alman, fransız, İsrail, İndoneziya mərkəzləri ilə yanaşı, 15-dən artıq mərkəzin fəaliyyət göstərdiyini bildirmişdir. Universitetdə mövcud olan fakültələr və  ixtisaslar haqqında danışan rektor bunların arasında qafqazşünaslıq, azərbaycanşünaslıq ixtisaslarının da olduğunu diqqətə çatdırmışdır. Universitetdə tərcümə sahəsində yüksək səviyyəli mütəxəssislərin yetişməsinə xüsusi əhəmiyyət verildiyi bildirilmişdir. Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrin gündən-günə inkişaf etdiyi də vurğulanmışdır. Rektor Səməd Seyidov Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində ADU-nun baş koordinator olduğunu söyləmiş və Avropa Birliyinin proqramlarında ADU-nun iştirakından söz açmışdır.

Avropa Komissiyasının tərcümə üzrə baş direktoru Marko Benedetti səmimi qəbula görə təşəkkür etmişdir. Qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirən qonaq tərcümənin artıq qlobal məsələ olduğunu bildirmiş və yeni proqramlarla işləməyin vacibliyini  vurğulamışdır.

Görüşdə gələcək əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılmışdır. 

ADU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov