Azərbaycan
Müəllimlər İnstitutunda ümummilli lider Heydər Əliyevin
90 illiyinə həsr olunmuş esse yazı, bədii qiraət, rəsm,
əl işləri müsabiqələrinin, şahmat, dama turnirlərinin,
futbol çempionatının nəticələri ulu öndərimizin doğum
günü ərəfəsində institutun fakültələri arasında
keçirilmiş "Gül müsabiqəsi" tədbirində açıqlanmışdır.
AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor
Aqiyə Naxçıvanlı tədbiri giriş sözü ilə açaraq qeyd
etmişdir ki, bu gün dövlətimizin dünyanın qabaqcıl
dövlətləri arasında nüfuz sahibi, ən uğurlu inkişaf yolu
keçən ölkələrin sırasında olması ulu öndərimizin
vətənpərvərlik hisslərindən qaynaqlanan uğurlu
siyasətinin nəticəsidir və bu siyasət ölkə başçısı cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İnstitut rəhbərliyinin, professor-müəllim heyətinin və
tələbələrin iştirakı ilə xüsusi ayrılmış yerdə
sərgilənən tələbələrin rəsm əsərlərinə, əl işlərinə,
gül-çiçəklərə baxış keçirilmişdir. Daha sonra
müsabiqələrin qalibləri açıqlanmışdır.
Rəsm müsabiqəsində Nərmin İsmayılova I, Mədinə Cəfərova
II, Aytən Güldost III, əl işləri müsabiqəsində Alidə
Orucova I, Nigar Rəhimli II, Aydan Xəlilzadə III,
"Heydər Əliyev mənim üçün kimdir?" mövzusunda keçirilmiş
esse yazı müsabiqəsində Əli Nadirli I, Lalə Yolçuzadə
II, Jalə Rüstəmzadə III, bədii qiraət müsabiqəsində isə
Xanım Babayeva I, Ülkər Lətifova II, Allahverdiyeva III
yerləri tutmuşlar.
Şahmat turnirində Sərvin Cəlilzadə I, Ramil Balayev II,
Tural Hacıyev III, dama turnirində Rafiq Baloğlanov I,
Gülər Məmmədova II, Qismət Ələmdarlı III yerləri
bölüşmüşlər. Oğlanlardan ibarət 6 komanda arasında
keçirilmiş futbol çempionatında isə birinci yerin sahibi
"Psixoloqlar" komandası kubokla təltif olunmuşdur.
Fakültələr arasında keçirilmiş gül müsabiqəsində isə
filologiya və təhsildə psixoloji xidmət fakültəsi I,
pedaqoji fakültə II yeri tutmuşdur. Bütün qaliblər
müvafiq diplom və hədiyyələrlə təltif olunmuşdur.
Tədbirdə vurğulanmışdır ki, ulu öndər Heydər Əliyevin 90
illik yubileyi ilə əlaqədar nazirlik, komitə, ali təhsil
müəssisələri tərəfindən keçirilmiş bir sıra müsabiqə və
konfranslarda da AMİ-nin tələbələri yüksək nəticələr
əldə etmişlər.
AMİ-nin Mətbuat xidməti |