Bakı
Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov
İtaliyanın Sapienza Roma Universitetinin nümayəndə
heyəti ilə görüşmüşdür. Fizioterapik İnstitutun baş
direktoru, professor Aldo Morronenin başçılıq etdiyi
nümayəndə heyətinin tərkibində Sapienza Universiteti
Hospitalının Tibbi Genetika Laboratoriyasının müdiri,
professor Paolo Grammatica, Mendel İnstitutunun (Roma)
Molekulyar Genetik Diaqnostik laboratoriyanın rəhbəri,
professor İsabella Torrente, düzgün olmayan cinsi
inkişafın genetik səbəblərinin araşdırılması üzrə
mütəxəssis, professor Antonio Marocco, tibbi genetika
üzrə mütəxəssis, laboratoriya ləvazimatları və test
materialları üzrə İtaliya təmsilçisi doktor Ashgar
Ebrahimi təmsil olunmuşlar.
Qeyd edək ki, qonaqların səfərinin məqsədi TEMPUS
layihəsi çərçivəsində molekulyar genetika üzrə tədqiqat
laboratoriyasının açılması ilə əlaqədar danışıqların
aparılmasıdır. Bu laboratoriya indiyə qədər Azərbaycanda
həyata keçirilməyən tədqiqatların aparılması üçün
nəzərdə tutulur.
İtaliya elm və təhsil müəssisələri ilə əlaqələri inkişaf
etdirməyə hazır olduğunu qeyd edən rektor Abel
Məhərrəmov qonaqlara BDU-nun yaradılması tarixi, inkişaf
mərhələləri və universitetin beynəlxalq əlaqələri barədə
məlumat vermişdir.
Qonaqlar universitetin tədris və elmi-tədqiqat
laboratoriyaları, Elektron Tədris Mərkəzində olmuşlar.
BDU-nun Mətbuat və informasiya şöbəsi |