Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

Təhsil Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin məlumatı

 

Mayın 13-də saat 09:00 radələrində Sumqayıt şəhər 17 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Azad İlyasovun ölməsi barədə daxil olmuş məlumat əsasında Sumqayıt Şəhər Prokurorluğunun, Təhsil Nazirliyinin Sumqayıt Şəhər Şöbəsinin və Şəhər Polis İdarəsinin əməkdaşları dərhal hadisə yerinə gəlmişlər. Şəhər hüquq-mühafizə orqanlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Müəyyən edilmişdir ki, A.İlyasov da daxil olmaqla digər siniflərdən olan daha 20 şagird həmin gün dərsə gecikdiklərinə görə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Qəfər Hacıyev tərəfindən qanunsuz olaraq cəza tədbiri kimi onlara məktəbin stadionunda qaçmaq göstərişi verilmişdir. Şəhər 3 saylı uşaq poliklinikasında "hipotrofik-kordimiopatiya" diaqnozu ilə qeydiyyatda olan A.İlyasov həmin göstərişi yerinə yetirərək stadionda bir neçə dövrə vurduqdan sonra yıxılmış və görülən ilkin tibbi tədbirlərə baxmayaraq vəfat etmişdir.

Hadisə ilə bağlı aparılmış ilkin araşdırmaların nəticələri göstərir ki, adıçəkilən təhsil müəssisəsində tədris prosesi təhsil və inkişafın sağlam prinsipləri əsasında qurulmamışdır. Bununla əlaqədar olaraq Təhsil Nazirliyi tərəfindən inzibati tədbirlər görülmuş, məktəb direktoru Nargilə Səfərova və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Qəfər Hacıyev Təhsil nazirinin müvafiq əmri ilə tutduğu vəzifədən azad olunmuşlar.

Bir sıra təhsil müəssisələrində mövcud olan neqativ hallar, o cümlədən qarşılıqlı hörmətsizlik, qeyri-sağlam atmosfer və bu qəbildən olan problemlərin aradan qaldırılması istiqamətində qətiyyətli mövqe göstəriləcək və zəruri hallarda müxtəlif dövlət strukturları bu prosesə cəlb ediləcəkdir.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanmış, A.İlyasovun ölümünün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilmişdir.

Hazırda iş üzrə istintaq davam etdirilir, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov