Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 May 2013 - №17

 

"Korrupsiya anlayışı və onun neqativ nəticələri"

 

Bakıdakı M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə  korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş maarifləndirici dərs keçirilmişdir."Korrupsiya anlayışı və onun neqativ  nəticələri" mövzusunda dərs diskussiya şəraitində keçmişdir. 30 nəfər şagirdin iştirakı ilə dərsi Korrupsiyaya qarşı  Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov aparmışdır. V.Mövsümov korrupsiya, onun  neqativ nəticələri, cəmiyyət  üçün təhlükəsi  barədə şagirdləri ətraflı məlumatlandırmışdır. Bildirmişdir ki, Korrupsiyaya qarşı Mübarizə Fondu bu prosesin ciddiliyini nəzərə alaraq orta məktəb şagirdləri arasında  bu hal ilə mübarizə aparmaq üçün xüsusi dərslər keçir. Fond artıq belə dərslərin keçirilməsi təcrübəsinə malikdir. Layihədə məqsəd şagirdlərə bu istiqamətdə müəyyən biliklər verməklə yanaşı, korrupsiyaya qarşı mənfi münasibət formalaşdırmaqdan ibarətdir.

Dərsdə korrupsiyanın səbəbləri, ona qarşı mübarizə üsulları barədə şagirdlər də maraqlı fikirlərini səsləndirmişlər. Şagirdlər kimliyindən asılı olmayaraq cinayət törədən şəxsin cəzalandırılması  fikrini vurğulamışlar.

Sonda növbəti dərsin "Qanunlar" mövzusunda olacağı diqqətə çatdırılmışdır.         

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov