Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 May 2013 - №17

 

AMİ-də ekoloji mövzuda seminarlar keçirilmişdir

 

 Respublikamızda ekologiya ilə bağlı məsələlərin ölkə Prezidentinin daim diqqət mərkəzində olması ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan verir, iri layihələr uğurla həyata keçirilir. Aprelin 25-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən tələbələrin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması və ulu öndərin ideyalarının təbliği məqsədi ilə seminar keçirilmişdir. Nazirliyin təbliğat şöbəsinin məsləhətçisi Şövkət Bəkirovun təqdimatında ümummilli liderin ideyalarının gənclərin ekoloji bilik və bacarıqlarının artırılması sahəsində əhəmiyyəti vurğulanmışdır. Tədbir iştirakçılarına ətraf mühit, su ehtiyatlarının idarə olunması, xüsusi müdafiə olunan təbiət ərazilərinin inkişafı, iqlim dəyişmələri, Azərbaycan Respublikasının ekoloji vəziyyəti, Xəzər dənizinin mühafizəsi və s. mövzularda geniş informasiya verilmişdir.

Aprelin 30-da institutda "Mavi planet, Yer kürəsi və ekosfera" mövzusunda seminar keçirilmişdir. Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin nümayəndələrinin keçirdiyi təqdimatda mühazirəçi Ramil Rüstəmov Yer kürəsi, planetimizdəki həssas tarazlıqlar və ekosistem, ətraf mühit problemləri, biotexnologiya, biomühəndisliyin faydaları və gənclərimizin yaşadığımız planet haqqında daha geniş təsəvvürlərinin formalaşmasının vacibliyi haqqında danışmışdır. Sonra canlıların daşlaşmış qalıqları olan fosillərin sərgisi təşkil olunmuşdur. Təşkilatın nümayəndəsi Savalan Məmmədli milyonlarla il yaşı olan bəzi fosil nümunələri ilə iştirakçıları yaxından tanış etmişdir. 

Ekologiya ilə bağlı keçirilən bu təlimlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Müəllimlər İnstitutu tərəfindən qarşılıqlı əməkdaşlıq çərçivəsində institutun Tələbə Gənclər Təşkilatının nəzdində  yaradılmış "Ekoklub"un təşkilatçılığı ilə baş tutmuşdur. Bu seminarların əsas məqsədi tələbə gəncləri daha da maarifləndirmək, cəmiyyətimizdə yaşadığımız planet və ətraf mühitlə bağlı bilikləri artırmaqdır. "Ekoklub"ların yaradılmasının əsas məqsədi ətraf mühit və təbii sərvətlərin mühafizəsinin təbliğindən ibarətdir. Hər iki tədbir iştirakçılar tərəfindən maraqla qarşılanmış və tələbələri maraqlandıran suallar cavablandırılmışdır.  

AMİ-nin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov