Bakı
Dövlət Universitetinin jurnalistika fakültəsində
ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr
olunmuş "Yeni medianın humanitar aspektləri" mövzusunda
elmi-praktik konfrans keçirilmişdir. Elmi-praktik
konfransı açan fakültənin dekanı, professor Şamil
Vəliyev "Ümummilli lider Heydər Əliyev və mətbuat"
mövzusunda məruzə etmişdir.
Sonra beynəlxalq jurnalistika kafedrasının müdiri,
professor Həmid Vəliyevin "Ümid yerimiz, iman yerimiz",
professor Yalçın Əlizadənin isə "Nəsillərin həyat
müəllimi" adlı məruzələri dinlənilmişdir.
Professor Nəsir Əhmədli və doktorant Pərvin Səfaqızının
çıxışlarından sonra elmi-praktik konfransın materialları
yerləşdirilmiş məcmuə iştirakçılara təqdim olunmuşdur.
300 səhifədən ibarət olan topluya fakültənin
professor-müəllim heyəti, o cümlədən magistrant və
doktorantların məqalələri daxil edilmişdir. Məcmuənin
redaktoru, fakültənin elmi işlər üzrə dekan müavini,
dosent Sevinc Əliyevadır. Redaksiya heyətinə fakültə,
həmçinin Sankt-Peterburq və Zabaykalye Dövlət
universitetləri, Belqorod Milli Araşdırmalar
Universitetinin professorları da daxildir.
Xülya SABİRLİ,
BDU-nun jurnalistika fakültəsinin IV kurs tələbəsi |