Bakıdakı 163 nömrəli tam orta məktəbdə ümummilli lider
Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir
keçirilmişdir.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
nümayəndələri, müəllimlər və valideynlər iştirak
etmişlər. İlk öncə Dövlət himni səsləndirilmişdir.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Afət
Qafarlı dahi şəxsiyyət Heydər Əliyevin xalqımız və
dövlətimiz qarşısındakı tarixi xidmətlərindən
danışmışdır. O, görkəmli siyasi xadim Heydər Əliyevin
zəngin irsinin öyrənilməsinin əhəmiyyətindən söhbət
açaraq rəhbərlik etdiyi təhsil ocağında şagirdlərin ulu
öndərin həyat və fəaliyyətinə böyük maraq
göstərdiklərini vurğulamışdır.
Məktəbin müəllimi Şamxal Həşimov və digər çıxış
edənlər də Azərbaycanın tərəqqisinin və inkişafının məhz
fenomen şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olduğunu
bildirmişlər.
Şagirdlərdən Murad Hüseynov, İsa Məmmədli, Sevinc
Misirli, Fəridə Səfərli və başqaları ümummilli lider
Heydər Əliyevə həsr olunmuş şeir söyləyib, mahnı
oxumuşlar. Sonra ulu öndər Heydər Əliyevin müstəqil
Azərbaycanın inkişafındakı misilsiz xidmətlərini əks
etdirən videoçarx nümayiş etdirilmişdir.
Şakir CƏFƏROV |