Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 May 2013 - №17

 

"Heydər Əliyev və Azərbaycan gəncləri" mövzusunda bilik yarışması

 

Naxçıvan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin fizika müəllimliyi ixtisasının IV kurs tələbəsi Elgün Tağıyevin təşkilatçılığı ilə onun pedaqoji təcrübədə olduğu Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan gəncləri" mövzusunda bilik yarışması keçirilmişdir. Naxçıvan şəhər tam orta məktəbləri arasında bütün fənlər üzrə 50 test sualından ibarət bilik yarışması maraqlı və yaddaqalan olmuşdur.

Bilik yarışmasının yekununda çıxış edən Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin direktoru, əməkdar müəllim Namiq Məmmədov vurğulamışdır ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqənin cəmiyyətin avanqard qüvvəsinə çevrildiyi bildirilmişdir.

Naxçıvan Dövlət Universitetinin Yeni Azərbaycan Partiyası universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Kamal Camalov çıxışında bildirmişdir ki, bu gün dövlət gənclər siyasəti ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Naxçıvan Dövlət Universitetinin nəzəri fizika kafedrasının müdiri Fərman Qocayev, Universitet Gənclər Təşkilatının sədri, magistr Arzu Abdullayevin çıxışları,  Naxçıvan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin fizika müəllimliyi ixtisasının IV kurs tələbəsi Elgün Tağıyevin "Heydər Əliyev və Azərbaycanda təhsil", Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin IX sinif şagirdi Aytən Xəlilovanın "Heydər Əliyev və Azərbaycan gəncləri məktəbli təfəkküründə" mövzularında məruzələri dinlənilmişdir.

Sonda bilik yarışmasının nəticələri açıqlanmışdır. Ümummilli lider Heydər Əliyevin adını daşıyan tam orta məktəb yarışmanın qalibi elan olunmuşdur. 17 nömrəli tam orta məktəb II, 11 nömrəli tam orta məktəb isə III yerlə kifayətlənmişlər. Qaliblər Naxçıvan Dövlət Universitetinin fəxri fərmanları ilə təltif olunmuşlar.

Tədbirin təşkilatçısı, Naxçıvan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin fizika müəllimliyi ixtisasının IV kurs tələbəsi Elgün Tağıyev isə pedaqoji təcrübə dövründə fərqləndiyinə və ictimai işlərdə fəal iştirakına görə Naxçıvan Dövlət Universitetinin fəxri fərmanı ilə təltif olunmuşdur.

Bədii hissədə isə Heydər Əliyev adına tam orta məktəbin şagirdlərinin ifasında ümummilli liderə həsr olunmuş mahnılar və şeirlər səsləndirilmişdir. 

Mina QASIMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov