Mayın 3-də təhsil naziri Mikayıl Cabbarov Avropa
İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə
komissarı Ştefan Füle ilə görüşmüşdür.
Cənab Füle Azərbaycanla təhsil sahəsində əməkdaşlıq
sferasında Avropa İttifaqı tərəfindən yeni vasitələrin
tətbiqinin nəzərdə tutulduğunu, Azərbaycanda dayanıqlı
təhsil islahatına ehtiyac olmasını nəzərə alaraq bu
istiqamətdə artıq Avropa təhsil sisteminə keçmiş Mərkəzi
və Şərqi Avropa ölkələrinin təcrübəsinin əhəmiyyətli
olacağını və bunun üçün dəstək göstərməyə hazır
olduqlarını bildirmişdir.
Təhsil naziri Mikayıl Cabbarov öz növbəsində
Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrin
əhəmiyyətini nəzərə çatdırmış və qarşılıqlı
münasibətlərdə təhsillə bağlı layihələrin mühüm yer
tutduğunu bildirmişdir. M.Cabbarov eyni zamanda Avropa
İttifaqının Azərbaycana təhsil sferasında dəstəyinin
yüksək qiymətləndirildiyini, "Azərbaycan - 2020:
gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə müəyyən edilmiş
təhsil sahəsində olan məqsədlərə nail olmaq üçün Avropa
İttifaqı tərəfindən təqdim edilə bilən alətlərin
istifadəsinin faydalı olacağını bildirmişdir. |