Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva Bakının Yasamal rayonundakı 82 nömrəli
körpələr evi-uşaq bağçasında əsaslı yenidənqurmadan
sonra yaradılmış şəraitlə tanış olmuşdur.
Mehriban xanım Əliyeva 82 nömrəli körpələr evi-uşaq
bağçasının əsaslı təmirdən əvvəlki vəziyyətini əks
etdirən fotostendlə tanış oldu, binanın foyesində
ümummilli lider Heydər Əliyevin və Prezident İlham
Əliyevin uşaqlara diqqət və qayğısını əks etdirən
fotostendə baxdı.
Məlumat verildi ki, 1963-cü ildə inşa edilən
ikimərtəbəli binanın təmiri "2011-2013-cü illərdə Bakı
şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair" Dövlət Proqramına uyğun olaraq
aparılmışdır. Yenidənqurma işlərinə 2012-ci ilin
martından başlanılmışdır. Bağçada 3-6 yaş arası 95
uşağın təlim-tərbiyəsi ilə ümumilikdə 20 nəfər məşğul
olur. Bağçanın bütün otaqları tamamilə yenilənmişdir.
Buradakı bütün avadanlıq Heydər Əliyev Fondunun
hədiyyəsidir.
Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bağçada
yaradılan şəraitdən razılığını bildirdi.
AzərTAc |