Uzun
illər ərzində Heydər Əlirza oğlu Əliyevin səmərəli
fəaliyyəti xalqlarımızın ümumi tarixi ilə bilavasitə
bağlı olmuşdur. O, Rusiya və Azərbaycanın strateji
tərəfdaşlığının təməlini qoymuş, dostluğumuzun və
qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi
töhfə vermişdir.
Vladimir PUTİN,
Rusiya Federasiyasının Prezidenti
Mərhum Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi
sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və
sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və
sosial rifah yolunda möhkəm addımlarla irəliləyən,
beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı
mövqeyini gündən-günə təmin etməkdə olan ölkədir.
Azərbaycanın bu gün yürütdüyü uğurlu və tarazlaşdırılmış
xarici siyasətinin memarı olan Heydər Əliyevi
itirməyimiz tarixi və mədəni tellərlə bir-birinə
bağlanmış olan xalqlarımızı dərindən kədərləndirmişdir.
Abdullah GÜL,
Türkiyə Respublikasının Prezidenti
Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və
firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi
fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli
yer tutmuşdur.
Rəcəb Tayyib ƏRDOĞAN,
Türkiyə Respublikasının Baş naziri
Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən
əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş
Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq
əlaqələrinin qurulmasında və Azərbaycanın
müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati
əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında
Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və
İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı
mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin
sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli
həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi
qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm
əhəmiyyət kəsb etmişdir.
Corc BUŞ,
Amerika Birləşmiş Ştatlarının keçmiş Prezidenti
Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna
gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı,
xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr
apararkən, münaqişənin sülh yolu ilə həllində onun
cəsarətini, müdrikliyini və qətiyyətini yüksək
qiymətləndirdim.
Jak ŞİRAK,
Fransa Respublikasının keçmiş Prezidenti
Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O,
böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi.
Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər.
Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz
arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan
Avropa ilə əlaqələrini daha da yaxınlaşdırdı. Onun
1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri,
xüsusilə də, Dauninq küçəsi, 10 ünvanında yerləşən
iqamətgahımda bizim görüşümüz yaxşı yadımdadır. O,
Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud
olan güclü əlaqələrin təməlini qoydu.
Toni BLEYER,
Böyük Britaniyanın keçmiş Baş naziri
Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin
inkişafı üçün, Qazaxıstan və Azərbaycan xalqlarının
çoxəsrlik dostluğunun möhkəmlənməsi üçün çox işlər
görmüşdür.
Nursultan NAZARBAYEV,
Qazaxıstan Respublikasının Prezidenti
Ulu
öndər Heydər Əliyev təhsil haqqında
*
Təhsil millətin gələcəyidir.
*
Mən dünyada müəllimdən yüksək ad tanımıram.
*
Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən,
təhsil səviyyəmizdən asılı olmayaraq, bütün
nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.
*
Bizdə təhsil çox inkişaf edibdir. Azərbaycanda, demək
olar ki, təhsil almayan adam yoxdur.
*
Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim
cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar
hazırlamaqdır.
*
Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının,
fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz
inkişaf edə bilməz.
*
Biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi
istədiyimiz kimi qururuq. İndiyə qədər yaranmış təməlin
üzərində Azərbaycan təhsili, məktəbi bundan sonra daha
da təkmilləşəcəkdir.
*
...Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı
olmuşam... Hesab edirəm ki, cəmiyyət haradan
olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə
xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək
etməlidir. Bu mənim prinsipial mövqeyimdir...
*
Milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün
məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çox
ciddi fikir vermək lazımdır... Gənclərimiz öz tarixini,
öz tarixi keçmişini gərək yaxşı bilsinlər. Çünki
mənəviyyatımız, gənclərin bugünkü və gələcək mənəviyyatı
bununla bağlıdır.
*
Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib
onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni
zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun. Dövlətinə
sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq
vətəndaş olsun.
*
XXI əsr sizin əsriniz, sizin dövrünüz olacaqdır. Siz və
sizin kimi Azərbaycan gəncləri, yeniyetmələri, yüksək
təhsilli insanları həmin əsrdə müstəqil, azad
respublikamızı yaşadacaqsınız, inkişaf
etdirəcəksiniz. Biz bu işləri sizin öhdənizə
buraxacağıq.
*
Müasir texnikanı, müasir bazar iqtisadiyyatının bütün
yollarını mənimsəmək, respublikada tətbiq etmək üçün
gələcək nəsli hazırlamaq və keçmiş dövrə nisbətən bir
çox yeni ixtisaslar üzrə kadrlar hazırlamaq lazımdır.
Şübhəsiz ki, bütün bunlar ali təhsil səviyyəsində
olacaqdır. Ancaq bunların əsası orta təhsil illərində
qoyulmalıdır. Yəni gənclərin bu istiqamətdə təhsilinin
artırılmasının təməli qoyulmalıdır. Bunu
iqtisadiyyatımızın bu günü və gələcəyi tələb edir.
*
Bizim gənclərimizin vəzifəsi təhsil almaq və müasir
tələblərə uyğun olan səviyyəyə çatmaqdır... Mən əminəm
ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki
bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir,
vətənpərvər gənclərdir, xalqını, millətini sevən
gənclərdir. Mən əminəm ki, müstəqil Azərbaycanın
gələcəyini qoruyub saxlaya bilən gənc nəsillər yetişir.
Onların nümayəndələri bu salondadır. Onların
nümayəndələri bugünkü uşaqlardır, yetişən gənclərdir.
Ona görə də biz - yaşlı nəslin nümayəndələri arxayınıq
ki, siz, əziz gənclər, müstəqil Azərbaycan
Respublikasının nə qədər çətinliklə başa gəldiyini dərk
edərək müstəqil Azərbaycan Respublikasının gələcəyini
qoruyub saxlayacaqsınız. Mən buna əminəm! |