Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

Bakıda 14 yaşadək futbol komandaları arasında beynəlxalq turnir keçiriləcək

 

Bakıdakı "Şəfa" stadionunda  14  yaşadək futbol komandaları arasında  İBAR CUP beynəlxalq turniri iyunun 17-22 tarixlərində keçiriləcək. Ötən il  ilk dəfə keçirilən  bu turnir  Azərbaycan Beynəlxalq Bankının  20 illik yubileyinə  həsr olunmuşdu. Qərara alınmışdır ki, turnir mütəmadi xarakter alsın və bu il Avropanın  müxtəlif ölkələrindən  olan uşaq komandaları  yenidən Bakıda toplaşsın. Yarışın təşkilatçıları  Azərbaycan Beynəlxalq Bankı, "İnter" Peşəkar İdman  Klubu və Bakı Futbol Federasiyasıdır. Turnirdə 8 komanda iştirak edəcək. Reqlamentə əsasən komandalar 2 qrupa ayrılacaq və hər qrupda 4 komanda mübarizə aparacaq. Hər qrupdan ən yaxşı 2 komanda mükafat yerləri uğrunda  mübarizəni davam etdirəcək. Qrupda III və IV  yerləri tutan komandalar 5-8-ci yerlər  uğrunda mübarizə aparacaqlar. Bakının "İnter" klubunun 14 yaşadək futbolçulardan ibarət komandası ilə yanaşı, turnirdə birinci İBAR CUP-in qalibi "Rubin" (Rusiya), "Karpatı" (Ukrayna), "Beşiktaş" (Türkiyə), Yurqorden" (İsveç), "Vilyarreal" (İspaniya) və "Ayntraxt" (Almaniya) komandaları  mübarizə aparacaqlar.  

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov