Aprelin 27-də ADU Tələbə Gənclər Təşkilatı İntellektual
Oyunlar Klubunun təşkilatçılığı ilə ümummilli lider
Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə
həsr olunmuş "Bahar kuboku" turniri keçirilmişdir.
Azərbaycan Respublikasının Dövlət himninin
səsləndirilməsindən sonra ADU TGT sədri Xıdır Kazımov və
Azərbaycan İntellektual Oyunlar Klubunun rəhbəri Aydın
Piriyev çıxış edərək bütün iştirakçılara uğurlar
arzulamışlar. Turnir 36 sual olmaqla 3 turdan ibarət
olmuşdur. Yarışda iştirak etmək üçün 26 komanda
qeydiyyatdan keçmişdir. Turnirin yekun nəticələrinə görə
"WOW" komandası I, "Fuzzy Logic" komandası II, "Maqnat"
komandası isə III yerlərə layiq görülmüşlər. Qaliblər
kitab və sertifikatlarla mükafatlandırılmışlar. Qalib
komandaların iki ən fəal üzvü isə "Breyn-Rinq"
intellektual oyununda iştirak etmək üçün vəsiqə
qazanmışdır.
ADU-nun Mətbuat xidməti |