Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

"Müstəqil Azərbaycanın qurucusu" mövzusunda "açıq dərs"

 

Bakıdakı 229 nömrəli tam orta məktəbdə tarix müəllimi Nərgiz Məmmədovanın V "ç" sinfində ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş "Müstəqil Azərbaycanın qurucusu" mövzusunda "açıq dərs"i  keçirilmişdir.

Dərsdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri  və 12, 109 nömrəli tam orta  məktəblərin müəllimləri iştirak etmişlər.

Məqsəd ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində mühüm rol oynadığını  və Azərbaycan dövlətinin qurucusu olduğunu şagirdlərə  öyrətmək olmuşdur. Dərs zamanı bu istiqamətdə  şagirdlərdə düzgün təhliletmə, müzakirəetmə, sərbəst nəticəçıxarma, dəyərləndirmə və tədqiqat vərdişlərinin  formalaşmasına nail olunmuşdur. Dərsin tərbiyəvi  əhəmiyyəti  Heydər Əliyevin nümunəsində şagirdlərdə vətənpərvəlik hissini daha da yüksəltməklə onlarda mübarizlik,  cəsurluq, cəsarətlilik kimi insani keyfiyyətləri inkişaf etdirmək, xalqa məhəbbət, düşmənə nifrət hissini gücləndirmək  idi. Müəllim mövzunun tədrisində  fənlərarası inteqrasiya yaratmış  və fəal təlim üsullarından  bacarıqla istifadə  etmişdir.  

Şagirdlər ulu öndər Heydər Əliyev haqqında bildiklərini söyləmiş, ümummilli lider Heydər Əliyevin  tarixdə misilsiz rolundan söz açmışlar.   Ulu öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilmişdir. Sonra qrup üzvləri dinlənilmiş, liderlər və həvəskar rəssamlar öz işlərini təqdim etmişlər. Nəticədə şagirdlər yekdilliklə ümumi nəticəyə gəlmişlər. Qeyd olunmuşdur ki, Heydər Əliyev  görkəmli dövlət xadimi, ulu öndər, Azərbaycan xalqının, dövlətinin xilaskarı və ümummilli lideridir.

Müzakirə  zamanı müəllimlərdən Şəlalə Hüseynova, Natella Əmirova, Əminə Kərimova və başqaları "açıq dərs"dən razılıq etmişlər.

Sonda fərqlənən şagirdlərə hədiyyələr təqdim edilmişdir.  

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov