Bu
günlərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki
filialında xalqımızın ümummilli lideri Heydər Əliyevin
anadan olmasının 90 illiyinə həsr olunmuş silsilə
yubiley tədbirləri davam edir. Tədbirlər planına uyğun
ardıcıl həyata keçirilən tədbirlərdə filialın
professor-müəllim, tədris-köməkçi heyəti və tələbələr
həvəslə iştirak edir.
Filialda yaradılmış 10 nəfərdən ibarət təşkilat
komitəsinin iştirakı ilə təşkil olunan tədbirlər olduqca
maraqlı və yaddaqalan olmuşdur. Tədbirlər çərçivəsində
"Heydər Əliyev -90" adlı maraqlı sərgi təşkil olunmuş,
sərgidə ulu öndərin həyat və fəaliyyətinin çoxcəhətli
sahələrinə aid zəngin sənədli materiallar
yerləşdirilmişdir. Guşədə yer alan "Heydər Əliyevin
ideya-nəzəri irsi gənc nəslin mənəviyyat xəzinəsidir",
"Heydər Əliyevin ideya-nəzəri irsi elmi araşdırmalarda"
və s. bölmələrdə yerləşdirilmiş materiallar müəllim və
tələbələrin maraqla tanış olduqları bölmələrdir. Bundan
başqa, filialda 8 ixtisas üzrə təhsil alan tələbələr
arasında "Heydər Əliyev şəxsiyyəti gənclərin gözü ilə"
və "Heydər Əliyev mənim üçün kimdir?" mövzusunda esse və
inşa müsabiqəsi keçirilmiş, müsabiqəyə 20-yə yaxın
yaradıcı tələbə işləri təqdim olunmuşdur. Yubiley
çərçivəsində ulu öndərə həsr olunmuş "Nəsillərə örnək
olan şərəfli ömür yolu" adlı elmi-praktik konfrans
keçirilmişdir. Konfransda 200 nəfər müəllim, tələbə
iştirak etmişdir. Konfrans iştirakçıları əvvəlcə
yubileyə həsr olunmuş sərgi ilə tanış olmuş, videoçarxa
tamaşa etmişlər. Daha sonra konfrans öz işini
müzakirələrlə davam etdirmişdir.
Ümummilli lider Heydər Əliyevə həsr olunmuş maraqlı
tədbirlərdən biri də TEC-in illik VII elmi konfransı
olmuşdur. Elmi konfransın çap olunmuş proqramına 50-dən
artıq yaradıcı tələbə elmi işləri daxil edilmişdir.
Bundan başqa, tələbələr arasında "Elm cəmiyyətin
günəşidir" devizi altında bilik yarışması da
keçirilmişdir.
Pərvanə ABDIYEVA,
BDU-nun jurnalistika fakültəsinin IV kurs tələbəsi
|