Distant təhsilin inkişaf etdirilməsi və sağlamlıq
imkanları məhdud olan uşaqların təhsil imkanlarını
artırmaq məqsədi ilə "Elektron Təlimləndirən Sistemlər"
layihəsi həyata keçirilir. "2008-2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dovlət Proqramı"
çərçivəsində reallaşdırılan "Elektron Təlimləndirən
Sistemlər" layihəsinin əsas məqsədi evdə təhsil alan
sağlamlıq imkanları məhdud uşaqların distant təhsilə
cəlb edilməklə cəmiyyətə inteqrasiya olunmasına dəstək
vermək, təhsil almaq imkanlarını yaxsılasdırmaq, eləcə
də kompüter, elektron resurslardan istifadə
bacarıqlarının artırılması və İnternetə çıxış
imkanlarının yaradılmasıdır.
Layihə çərçivəsində 60 sagird və 10 müəllim heyətinə ən
yeni texnologiya və proqram təminatları ilə təchiz
olunmuş noutbuklar verilmiş, 60 şagirdin evinə İnternet
xətti çəkilmiş, şagirdlərin dərs prosesinin idarə
edilməsi məqsədi ilə 20 nömrəli məktəb-liseydə Distant
Təhsil Mərkəzi yaradılmışdır. "Elektron Təlimləndirən
Sistemlər" layihəsinin əsas komponentlərindən olan
Distant Təhsil Mərkəzi xüsusi qayğıya ehtiyacı olan
sagirdlərin distant tədris metodları vasitəsi ilə orta
təhsilini təmin edir. Mərkəzin otaqlarında yüksək
sürətli fiberoptik İnternet və İntranet bağlantıları
quraşdırılmışdır. "Elektron Təlimləndirən Sistemlər"
təlim vəsaiti əsasında təlimçi heyəti hazırlanmış,
həmin təlimçilər xüsusi qayğıya ehtiyacı olan
məktəbyaşlı uşaqlar üçün məsafədən təhsil vasitəsi ilə
təlimlər təşkil etmişlər. Belə uşaqların distant
təhsilinin icrasını təmin etmək məqsədi ilə müəllimlər,
şagirdlər və valideynlər üçün informasiya-kommunikasiya
texnologiyaları avadanlıqlarından və texniki
vasitələrdən istifadəyə dair metodik vəsait
hazırlanmışdır. Həmçinin onların təhsil prosesinə cəlb
olunması üçün www.mesafedenmekteb.edu.az portalı
yaradılmışdır.
Hicran ƏKBƏROVA |