Bu
fikir AMİ-nin Zaqatala filialında keçirilmiş elmi-praktik
konfransın ideya-nəzəri məzmununu təşkil etmişdir.
Aprelin 26-da filialın akt salonunda Azərbaycan xalqının
ümummilli lideri, müstəqil dövlətimizin qurucusu Heydər
Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr
olunmuş elmi-praktik konfrans keçirilmişdir. Tədbirdə
Zaqatala Rayon İcra Hakimiyyəti Aparatının məsul
işçiləri, tələbələr, müəllimlər və ictimaiyyət
nümayəndələri də iştirak etmişlər. Əvvəlcə qonaqlar və
professor-müəllim heyəti filialın foyesində ulu öndər
Heydər Əliyevin həyat yolunu əks etdirən fotolardan
ibarət sərgiyə tamaşa etmişlər.
Tədbiri giriş sözü ilə filialın direktoru, fizika-riyaziyyat
elmləri doktoru, professor Orucəli Rzayev açaraq ulu
öndərin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin
möhkəmləndirilməsi, ölkəmizdə ictimai-siyasi sabitliyin
yaradılması, davamlı sosial-iqtisadi inkişafın təmin
olunması istiqamətində misilsiz xidmətləri barədə
danışmışdır. Natiq qeyd etmişdir ki, müstəqillik
tariximizdə Azərbaycan Respublikasının inkişafı ulu
öndərimizin adı ilə bağlıdır. Ümummilli liderimizin
rəhbərliyi ilə müstəqil dövlətimiz böyük inkişaf yolu
keçmişdir. Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində
də böyük uğurlar əldə edilmişdir. Bu uğurlardan biri də
Azərbaycan Müəllimlər İnstitutunun ümummilli lider
Heydər Əliyevin müvafiq sərəncamına əsasən,
Azərbaycanın əksər bölgələrini əhatə etmək imkanına
malik olan 11 filialının fəaliyyətə başlaması olmuşdur.
Sonra filialın təbiət fənlərinin tədrisi metodikası
kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Camal
Arıxov "Müstəqil Azərbaycan dövlətçiliyi Heydər Əliyevin
şah əsəridir", humanitar fənlər və tədrisi metodikası
kafedrasının dosent əvəzi, pedaqogika üzrə fəlsəfə
doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Həşim
İsmayılov "Heydər Əliyev və milli təhsil quruculuğu"
mövzularında məruzə ilə çıxış etmişlər.
Sonra söz "Heydər Əliyev - tələbələrin gözü ilə" adlı
inşa yazı müsabiqəsinin qaliblərinə verilmişdir.
Münsiflər heyətinin sədri, tədris və elmi işlər üzrə
direktor müavini, fəlsəfə doktoru F.Səddinov
bildirmişdir ki, bütün ixtisasları əhatə edən müsabiqəyə
57 adda inşa yazılar təqdim olunmuşdur. Müsabiqənin
yekun mərhələsinə 7 inşa çıxarılmış, qalanları
həvəsləndirici yerlərə layiq görülmüşdür. Birinci
yerləri Azərbaycan dili və ədəbiyyat müəllimliyi
ixtisası üzrə III kurs tələbələri Şəbnəm Bayramova və
Səma Orucova bölüşdürmüş, digər tələbələr müvafiq
olaraq II və III yerlərə sahib olmuşlar. Filialın
direktoru qalibləri müxtəlif qiymətli hədiyyələrlə
mükafatlandırmış, həvəsləndirici yerləri tutanları fəxri
fərmanlarla təltif etmişdir. Yubiley tədbirində
tələbələrdən bir qrupuna Yeni Azərbaycan Partiyasının
üzvlük biletləri təqdim olunmuşdur.
Elmi-nəzəri konfransın bədii hissəsi də xüsusi maraqla
qarşılanmışdır. Özfəaliyyət kollektivinin üzvlərindən
Ayşə Səfərovanın, Gülcahan Mustafazadənin və Aynur
Səfərovanın xor və solo çıxışları tədbiri
rövnəqləndirmiş, tələbə istedadların çıxışları hər kəsdə
xoş təəssürat yaratmışdır.
Sonda söz alan III kurs tələbəsi Fərid Əzimov, I kurs
tələbəsi Xələf Xələfov, IV kurs tələbəsi Atikə Əzizli
olduqca mənalı bir gün yaşadıqlarını dilə gətirmiş,
təhsildə və gələcək həyatda böyük öndərin adına və
əməllərinə layiq oxuyacaqlarına və çalışacaqlarına söz
vermişlər.
Tədbir Azərbaycan dili və ədəbiyyat müəllimliyi
ixtisasının II kurs tələbəsi Məhərrəm Şükürovun
təqdimatında ümummilli liderin həyat və fəaliyyətinin
ayrı-ayrı dövrlərini əks etdirən sənədli filmin nümayiş
etdirilməsi ilə başa çatdırılmışdır.
Anara ƏFƏNDİYEVA,
AMİ-nin Zaqatala filialının kitabxanaçısı |