Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

"Müasir Azərbaycan ulu öndər Heydər Əliyev ideyaları işığında"

 

BSU-da X şagird-tələbə elmi konfransı

Bakı Slavyan Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş "Müasir Azərbaycan ulu öndər Heydər Əliyev ideyaları işığında" mövzusunda X şagird-tələbə elmi konfransı keçirilmişdir.

BSU Məktəb-Lisey Kompleksi Şagird Elmi Cəmiyyətinin və Universitet Tələbə Elmi Cəmiyyətinin yaxından iştirakı ilə təşkil olunmuş konfransın Təşkilat komitəsinə 218 şagird və tələbənin məruzəsinin tezisləri təqdim olunmuşdur.  

Konfransın əsas əhəmiyyəti ondan ibarətdir ki, tədbirə Bakı, Sumqayıt və Abşeron  məktəbliləri və BSU-nun müxtəlif fakültələrinin tələbələri ilə yanaşı, Şuşa, Laçın, Ağdam, Xocavənd, Cəbrayıl rayonlarında yerləşən qaçqın və köçkün məktəblərinin istedadlı şagirdləri də fəal şəkildə qoşulmuşlar. 2004-cü ildən mütəmadi olaraq keçirilən şagird-tələbə elmi konfransına qaçqın məktəblərinin şagirdlərinin cəlb olunması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin istedadlı və qabiliyyətli uşaqlara qayğının artırılması ilə bağlı fərmanına uyğun Bakı Slavyan Universitetinin həyata keçirdiyi ən mühüm layihələrdən biridir.

Konfransın işi "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı", "Ulu öndər və müasir Azərbaycan təhsili", "Heydər Əliyev və Azərbaycan mədəniyyəti və ədəbiyyatı", "Ulu öndərin irsini necə öyrənir və təbliğ edirik?", "Müasir Azərbaycanda gənclər və idman hərəkatı" bölmələri üzrə təşkil olunmuşdu. Məktəblilər, tələbələr, qaçqın və köçkün məktəblərinin gənc istedadları ana dili ilə yanaşı xarici dillərdə də məruzələrlə çıxış etmişlər. Bölmə iclaslarına universitetin alimləri və məktəb müəllimləri ilə birgə şagird və tələbələr də rəhbərlik edirlər.

Plenar iclasda AMEA-nın Humanitar və ictimai elmlər bölməsinin akademik katibi,  BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor K.Abdullayev çıxış edərək universitetin professor-müəllim heyətinin qaçqın məktəblərin istedadlı şagirdlərinin elmi işlərinə rəhbərliyini, BSU-nun bu məktəblərlə sıx əməkdaşlığını vurğulamış və bu işdə zəhməti keçən əməkdaşlara təşəkkürünü bildirmişdir. Son tədris ili ərzində Bakı Slavyan Universiteti Tədris hissəsinin Şuşa rayon Təhsil İdarəsi və BSU Məktəb-lisey kompleksinin Malıbəyli kənd 1 nömrəli tam orta məktəbi ilə əməkdaşlığının faydasını qeyd etmişdir.

Açılış mərasimində çıxış edən Bakı şəhər 190 nömrəli orta məktəbin direktoru Afət Bakıxanova, 132-134 nömrəli təhsil kompleksinin direktoru Sara Xanlarova, Ağdam rayon 24 nömrəli tam orta məktəbin direktoru Nəriman Məmmədov, Azərbaycan Tibb Universitetinin professoru  Məhbubə Vəliyeva, BSU Məktəb-lisey kompleksi Şagird parlamentinin sədri Oksana Sokolova, BSU Məktəb-lisey kompleksinin direktoru, professor Telman Cəfərov şagird-tələbə konfransının əhəmiyyətini vurğulamışlar və çıxışçılara uğurlar diləmişlər.

Açılışın sonunda Şuşa rayon məktəbliləri və BSU Məktəb-Lisey Kompleksinin şagirdləri konfrans iştirakçılarını konsert proqramı ilə salamlamışlar.

Elmi konfransda BSU Məktəb-Lisey Kompleksinin, Şuşa rayon Malıbəyli kənd tam orta məktəbinin, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin, Bakı Türk Anadolu Liseyinin, akademik Zərifə Əliyeva adına liseyin, Heydər Əliyev adına liseyin, BDU "Gənc istedadlar" liseyinin, Bakı şəhəri 132-134 nömrəli təhsil kompleksinin, İncəsənət Gimnaziyasının, 1, 190, 18, 42, 46, 133, 164 nömrəli, Ağdam rayonu 24 nömrəli, Xocavənd rayonu Tuğ kənd, Laçın rayonu Kaha kənd və s. orta məktəblərin VII-XI sinif şagirdləri, BSU tələbələri maraqlı məruzələrlə çıxış etmişlər.

Bağlanışdan öncə şagirdlərin universitetlə tanışlığına şərait yaradılmışdır. Şagird-tələbə elmi konfransının bağlanışı onunla paralel keçirilən və ulu öndərin yubileyinə həsr edilən Magistrantların Beynəlxalq Elmi konfransı ilə birgə təşkil olunmuşdur ki, bu da universitet auditoriyasında şagird, tələbə, magistr tanışlığı və əməkdaşlığının gözəl nümunəsinə çevrildi.          

Bölmələrdə fərqlənən şagirdlərə diplom və hədiyyələr verilmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov