Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

Ulu öndərin xatirəsi ehtiramla anılmışdır

 

Bakıdakı 30 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə birgə Binəqədi  Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov, KİV nümayəndələri  və digər şəxslər iştirak etmişlər.

Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra iştirakçılar ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbiri giriş sözü ilə açan məktəbin tarix müəllimi Ziyadxan Budaqov bildirmişdir ki, dərin zəkası, zəngin biliyi, qətiyyəti, ciddiliyi, daxili və xarici siyasətdəki uğurları, Azərbaycanın müstəqilliyi və bütövlüyünü qorumaq məharəti, elm, mədəniyyət, incəsənət və təhsilə göstərdiyi diqqət, qayğı Heydər Əliyevi ictimai xadim, müdrik bir şəxsiyyət kimi ürəklərdə yaşadır. Bu gün ümummilli liderin siyasəti onun layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər təhsilə göstərilən diqqət və qayğıdan danışan Z.Budaqov bu işdə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı  Mehriban xanım Əliyevanın rolunu yüksək qiymətləndirmişdir.

Təhsilimizin dünya təhsil sisteminə sürətli inteqrasiyasından söz açan tədbirin aparıcıları  ulu öndər Heydər Əliyevin hamıya örnək olan həyat yolunu, ümummilli lider haqqında fikir və  düşüncələrini uşaq (yeniyetmə) təbiətinə xas olan səmimi,  ülvi hisslərlə dahi şəxsiyyətə dərin hörmət, sonsuz ehtiram duyğularını söyləmişlər. Ulu öndərin hər zaman uşaqları sevdiyini, onlara qayğı ilə yanaşdığını deyən şagirdlər  ölməz şəxsiyyətin təhsillə bağlı dediyi qiymətli fikirləri bir  daha mərasim iştirakçılarının diqqətinə çatdıraraq əbədiyaşar liderin hər zaman müəllimlərə  yüksək ehtiramla yanaşdığını bildirmişlər.  Onlar ümummilli liderimiz Heydər Əliyevin ölməz ideyalarının onun layiqli davamçısı ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışlar. Heydər Əliyev Fondunun təhsillə bağlı gördüyü işlərdən də ətraflı söz açan aparıcılar Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilimizin inkişafındakı əvəzsiz xidmətlərini yüksək dəyərləndirmişlər.

Sonra  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov çıxış edərək ömrünü, taleyini, bütün varlığını xalqına bağışlayan əvəzolunmaz şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat yolu, misilsiz xidmətləri haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir.  Qeyd olunmuşdur ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kursun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər Azərbaycan dünyada siyasi cəhətdən ən stabil ölkələr sırasına çıxmış, iqtisadi inkişaf tempinə görə lider ölkəyə çevrilmişdir.  Digər çıxış edənlər ümummilli   lider,  görkəmli  dövlət  xadimi  Heydər  Əliyevin  həyat və fəaliyyətindən, zəngin irsindən söz açmışlar.

Sonra ümummilli lider Heydər Əliyevə aid film nümayiş olunmuşdur. Şagirdlər ulu öndərə həsr olunmuş mahnılar oxumuş, şeirlər söyləmiş, rəqslər ifa etmişlər. 

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov