Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

Azərbaycan təhsilində İKT-nin tətbiqi Moldovada keçirilən sammitdə müzakirə olunmuşdur

 

"Mədəd-Azərbaycan" təşkilatından aldığımız məlumata görə, 16-17 aprel 2013-cü il tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində VI İKT Sammiti keçirilmişdir. Tədbir Moldova Respublikasının İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi və Təhsil Nazirliyi tərəfindən təşkil olunmuşdur.

Sammitdə dövlət orqanlarının nümayəndələri, 20-dən çox ölkəni təmsil edən beynəlxalq təşkilatlar, təhsil sahəsindəki mütəxəssislər, proqramlaşdırma və kompüter texnologiyaları ixtisası üzrə təhsil alan tələbələr, eləcə də bu sahə üzrə elmi işçilər İKT sahəsində mövcud innovativ yanaşmaları, informasiya texnologiyaları və xidmətləri barədə müzakirə aparmaq üçün bir araya gəlmişdilər. Cəmiyyət üçün İKT, biznes üçün İKT, mütəxəssislər üçün İKT, təhsil üçün İKT və İKT üçün təhsil, İKT sahəsində rəqabət kimi mövzular sammitin müzakirə predmeti olmuşdur.

Sammitdə "Mədəd-Azərbaycan" təşkilatının icraçı direktoru Vüsal Xanlarov "Azərbaycanda XXI əsr elektron təhsil mühiti" mövzusunda təqdimatla çıxış etmişdir. Azərbaycanın təhsildə İKT-nin tətbiqi təcrübəsini əks etdirən təqdimat böyük marağa səbəb olmuşdur. Təqdimatda Azərbaycan Respublikasında XXI əsr təhsilinin aktual problemləri, keçdiyi inkişaf yolu, elektron təhsilin qurulması prosesi, Azərbaycan təhsil şəbəkəsinin fəaliyyəti, pedaqoji heyətinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi istiqamətində yerli və beynəlxalq qurumlarla əməkdaşlıqda atılan addımlar öz əksini tapmışdır. Təqdimatdan sonra V.Xanlarov Moldovanın təhsil naziri xanım Maia Sandu, informasiya və kommunikasiya texnologiyaları nazirinin müavini xanım Dona Skola, "Microsoft" korporasiyasının təhsil proqramları üzrə regional rəhbəri Teodor Milev, "İntel" korporasiyasının təhsil proqramları üzrə regional rəhbəri Tatyana Nanayeva və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi proqramların rəhbərləri ilə görüşlər keçirmişdir. Görüşlər zamanı Azərbaycanda İKT-nin təhsildə tətbiqi və "Mədəd-Azərbaycan" təşkilatının pedaqoji kadrların təkmilləşdirilməsi sahəsində təcrübəsi, onun Moldovada mümkün tətbiqi yolları geniş müzakirə olunmuşdur.  

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov