Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

ADU-nun nümayəndə heyəti Böyük Britaniyanın Esseks Universitetində olmuşdur

 

ADU-nun rektoru, professor Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyanın Esseks Universitetində olmuşdur.

Albert Solman kitabxanası ilə tanışlıqdan sonra universitetin Beynəlxalq Akademiyasının rəhbəri, professor  Riçard Barnard və Beynəlxalq Akademiyanın Müəllim hazırlığı proqramının və magistratura şöbəsinin rəhbəri, professor Nilufer Demirkan-Jons, Bakalavr təhsili şöbəsinin direktoru Mayk Cons və baş müəllim Culian Qud ilə Esseks Universiteti və Azərbaycan Dillər Universiteti arasında olan 2+2 layihəsinin gedişi haqda müzakirələr aparılmışdır. 

Esseks Universitetinin Tələbə Qeydiyyatı Departamentinin rəhbəri Stefen McAuliffe Esseks Universitetində tələbə qeydiyyatının, tələbələrin göstərdikləri nəticələrin qeydiyyata alınması, imtahan və testlərin təşkili qaydaları və təcrübəsi haqda geniş məlumat vermişdir.

Esseks Universitetinin akademik standartlar üzrə prorektoru, professor Jeyn Rayt 12 min tələbəsi olan Esseks Universitetinin Böyük Britaniya universitetləri sırasında 9-cu yeri tutduğunu bildirmiş və ADU ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiklərini demişdir.

Rektor Səməd Seyidov ADU-nun Azərbaycan universitetləri içərisində Boloniya prosesinin icrasında aparıcı rolundan, beynəlxalq əlaqələri, o cümlədən Böyük Britaniya, Norveç, İtaliya, Fransa və digər Avropa universitetləri ilə əməkdaşlığı haqqında geniş məlumat vermişdir.

Esseks Universitetinin tələbələrinin təxminən 30 faizinin xarici tələbələr olduğunu bildirən beynəlxalq əlaqələr üzrə dekan, professor Martin Henson Azərbaycandan olan tələbələrin sayının artmasında maraqlı olduqlarını bildirmişdir. 

Rektor Səməd Seyidov Esseks Universitetinin yeni təyin edilmiş rektoru, professor Antoni Forster ilə görüşmüşdür. Görüş zamanı iki universitet arasında münasibətlər, gələcək əməkdaşlıqla bağlı müzakirələr olmuş, təhsilin bakalavr, magistr və doktorantura pillələrində əlaqələrin genişləndirilməsi haqda fikir mübadiləsi aparılmışdır. 

ADU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov